"Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb".
XeberTıme.az xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:
"Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".
K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:
"Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi".
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.
N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
XeberTıme.az