Bakı şəhərindəki “Rus evi” fəaliyyətini dayandırır.
XeberTıme.az xəbər verir ki, bu barədə qurum özünün sosial media hesabında paylaşım edib.
“Rus evi” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi əsasında fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
Bu gün mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.
XeberTıme.az