FREYWILLE-nin Qarabağın vərni xalçasından ilhamlanaraq yaratdığı “Sehrli xalça” kolleksiyası Vyanada təqdim olunub
Yanvarın 29-da Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Avstriyanın dünyaca məşhur zərgərlik brendi FREYWILLE-nin Qarabağ xalçalarına aid naxışlar əsasında yaratdığı “Sehrli xalça” kolleksiyasının təqdimatı keçirilib.
Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova açaraq, Azərbaycanın ən qədim xalq sənəti növü olan milli xalçaların Avstriyanın məşhur zərgərlik brendinin yeni kolleksiya üçün ilham mənbəyi olmasından məmnunluq ifadə edib. O, kolleksiyanın Azərbaycan Mədəniyyət Mərkəzində təqdimatını yüksək qiymətləndirib.
Ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli Azərbaycan və Avstriya qurumları arasında uğurlu əməkdaşlıq nəticəsində yaranan bu kolleksiyanın Azərbaycan mədəniyyətinin və xüsusilə Qarabağ xalçaçılıq ənənəsinin dünyada tanıdılmasına verdiyi töhfədən bəhs edib.
FREYWILLE şirkətinin rəhbəri Fridrix Ville Azərbaycan Milli Xalça Muzeyi ilə FREYWILLE zərgərlik evi arasındakı əməkdaşlığı yüksək dəyərləndirib. “1951-ci ildə təsis edilən FREYWILLE şirkəti dünyanın bir sıra məşhur muzeyləri - Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. FREYWILLE-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.
Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə FREYWILLE brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edir”.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək bu unikal kolleksiyanın rəhbərlik etdiyi muzeylə FREYWILLE arasında imzalanan Anlaşma Memorandumuna əsasən hazırlandığını bildirib. O, ötən il dekabrın 5-də ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində kolleksiyanın təqdimatının yüksək səviyyədə baş tutduğunu diqqətə çatdırıb. Ə.Məlikova milli mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyasının 6 aya yaxın müddətdə hazırlandığını bildirib: “Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiya Qarabağın məşhur xovsuz xalçası vərninin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Xalq inancına görə, mühafizəkar əjdahalar suyu, bolluq və bərəkəti təmsil edirdi. Onu hətta evin, ailənin qruyucusu sayırdılar”. Əminə xanım bildirib ki, bu kolleksiya xalça sənətimizi daha geniş kütlələr arasında tanıdacaq və bu sokral bəzək elementlərinin milli mədəni irsimizin bir hissəsi olmasını bir daha təsdiqləyəcək.
FREYWILLE-nin peşəkar dizaynerlərindən Alice Tipse bu unikal muzeydə kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu diqqətə çatdırıb. Yeni kolleksiyanı sənətkarlığın, tarix və incəsənətin möhtəşəm harmoniyası kimi dəyərləndirib. O, kolleksiyanın yaradılması prosesindən maraqlı məqamları təqdimat vasitəsilə qonaqlara nümayiş etdirib.
Tədbirin bədii hissəsində tanınmış pianoçu Abuzər Manafzadə və kamança ustası Ruhulla Əziz ifa ediblər.
Daha sonra qonaqlar “Sehrli xalça” zərgərlik kolleksiyası ilə, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından olan vərni xalçaları tanış olublar.
Burada xüsusi stenddə vərni xalçasının naxışları əsasında hazırlanan muzeyin promo məhsulları da təqdim edilib.
Sonda bütün tədbir iştirakçıları arasında lotereya oyunu keçirilib və 3 qalib seçilərək onlara FREYWILLE tərəfindən hədiyyələr bağışlanıb.
Коллекция Волшебный ковёр от FREYWILLE, вдохновленная карабахским ковром «Варни», представлена в Вене
29 января в Азербайджанском культурном центре в Вене состоялась презентация коллекции Волшебный ковёр всемирно известного австрийского ювелирного бренда FREYWILLE, вдохновленной узорами карабахских ковров.
Директор Азербайджанского культурного центра Лейла Гасымова открыла мероприятие, выразив удовлетворение тем, что новая коллекция известного австрийского бренда черпает вдохновение в национальных коврах Азербайджана, одном из древнейших видов народного искусства страны. Она высоко оценила решение представить коллекцию в Азербайджанском культурном центре.
Чрезвычайный и Полномочный посол Азербайджанской Республики в Австрии Ровшан Садыгбейли подчеркнул, что коллекция является результатом успешного сотрудничества азербайджанских и австрийских учреждений. Он подчеркнул вклад коллекции в продвижение азербайджанской культуры, в частности, карабахской традиции ковроткачества, в мировом масштабе.
Фридрих Вилле, глава FREYWILLE, высоко оценил сотрудничество между FREYWILLE и Азербайджанским национальным музеем ковра. Основанный в 1951 году, FREYWILLE сотрудничает с несколькими известными музеями по всему миру, включая Музей Виктории и Альберта, Музей Клода Моне в Живерни и Государственный Русский музей. Эксперты FREYWILLE создали изысканные коллекции, вдохновленные работами таких великих художников, как Густав Климт, Винсент Ван Гог, Альфонс Муха, Уильям Моррис и Поль Гоген.
Благодаря этому партнерству с Азербайджанским национальным музеем ковра FREYWILLE впервые использует азербайджанские ковровые узоры и мотивы в дизайне ювелирных изделий.
В своем выступлении директор Азербайджанского национального музея ковра Амина Меликова заявила, что эта уникальная коллекция была подготовлена на основе Меморандума о взаимопонимании, подписанного между музеем, которым она руководит, и FREYWILLE. Она отметила, что коллекция была впервые представлена в Азербайджанском национальном музее ковра 5 декабря прошлого года с большим успехом. Она заявила, что коллекция Magic Carpet, созданная примерно за шесть месяцев, родилась из особого восхищения и любви к национальному и культурному наследию Азербайджана: Эта коллекция, которая сочетает в себе богатую историю нашей нации с современным искусством и ювелирными технологиями, была вдохновлена оригинальными узорами знаменитого карабахского безворсового ковра «Варни». Главной особенностью этого ковра являются стилизованные геометрические мотивы драконов. Согласно народным поверьям, драконы символизируют воду, изобилие и процветание и считались хранителями дома и семьи. Амина Меликова отметила, что эта коллекция будет и дальше продвигать азербайджанское ковровое искусство среди более широкой аудитории с целью подтверждения культурного и национального значения этих священных декоративных элементов. Элис Типсе, один из профессиональных дизайнеров FREYWILLE, отметила, что образцы, обнаруженные ими в этом уникальном музее, стали прекрасным источником вдохновения для создания следующего произведения ювелирного искусства. Она оценила новую коллекцию как великолепную гармонию мастерства, истории и искусства. В ходе презентации она поделилась с гостями захватывающими моментами из процесса создания коллекции.
Музыкальную часть исполнили известный пианист Абузар Манафзаде и кяманчистка Рухулла Азиз.
Затем гости ознакомились с коллекцией ювелирных изделий «Волшебный ковёр», а также с коврами «Варни» из экспозиции Азербайджанского национального музея ковра.
На специальном стенде была представлена рекламная продукция музея, вдохновленная узорами ковров «Варни».
В завершение, среди всех участников мероприятия была проведена лотерея, в которой трем победителям были вручены подарки от FREYWILLE.
FREYWILLE’s Magic Carpet Collection, Inspired by Varni Carpet of Karabakh, Presented in Vienna
On January 29th, the Azerbaijani Cultural Centre in Vienna hosted the presentation of the world-famous Austrian jewellery brand FREYWILLE’s Magic Carpet collection, inspired by the patterns of Karabakh carpets.
Leyla Gasimova, Director of the Azerbaijani Cultural Centre, opened the event, expressing her satisfaction with the inspiration drawn from Azerbaijan’s national carpets, one of the country’s oldest folk art forms, for the new collection by the renowned Austrian brand. She praised the decision to showcase the collection at the Azerbaijani Cultural Center.
Rovshan Sadigbayli, Extraordinary and Plenipotentionary Ambassador of the Republic of Azerbaijan to Austria, highlighted the collection as a result of successful collaboration between Azerbaijani and Austrian institutions. He emphasised the collection’s contribution to promoting Azerbaijani culture, particularly the Karabakh carpet-weaving tradition, on a global scale.
Friedrich Wille, head of FREYWILLE, highly appreciated the collaboration between the FREYWILLE and the Azerbaijan National Carpet Museum. Established in 1951, FREYWILLE has partnered with several prominent museums worldwide, including the Victoria and Albert Museum, the Claude Monet Museum in Giverny and the State Russian Museum. FREYWILLE’s experts have created exquisite collections inspired by the works of such great artists as Gustav Klimt, Vincent van Gogh, Alphonse Mucha, William Morris and Paul Gauguin.
Through this partnership with the Azerbaijan National Carpet Museum, FREYWILLE is using Azerbaijani carpet patterns and motifs in jewellery design for the first time.
In her speech, Director of the Azerbaijan National Carpet Museum, Amina Melikova, stated that this unique collection was prepared based on the Memorandum of Understanding signed between the museum she leads and FREYWILLE. She noted that the collection was first presented at the Azerbaijan National Carpet Museum on December 5 last year with great success. She stated that the Magic Carpet collection, created over approximately six months, was born out of special admiration and love for Azerbaijan’s national and cultural heritage: This collection, which combines our nation’s rich history with modern art and jewellery technology, was inspired by the original patterns of Karabakh’s famous flat woven Varni carpet. The main feature of this carpet is the stylised geometric dragon motifs on it. According to folk beliefs, protective dragons symbolise water, abundance and prosperity and were even considered the guardians of the home and family. Amina Melikova marked that this collection would further promote Azerbaijani carpet art to wider audiences and reaffirm the cultural and national significance of these sacred decorative elements.
Alice Tipse, one of FREYWILLE’s professional designers, noted that the samples they discovered in this unique museum were a great source of inspiration for creating the next work of art in jewellery. She evaluated the new collection as a magnificent harmony of craftsmanship, history and art. Through a presentation, she shared fascinating moments from the creation process with the guests.
The artistic part was performed by the renowned pianist Abuzar Manafzade and kamancha player Ruhulla Aziz.
Afterwards, the guests got acquainted with the Magic Carpet jewellery collection, as well as the Varni carpets from the Azerbaijan National Carpet Museum’s exposition.
A special stand featured the museum’s promotional products inspired by the patterns of Varni carpet.
At the end, a lottery was held among all event participants, where three winners were presented gifts from FREYWILLE.
Xebertime.az
Müxbir: Aygün Oqtay