“Bu Sabah” verlişi həftə içi 5 gün saat 09:00-10:50-dək Dünya TV-nin canlı efirində yayımlanır.
Sevimli teleaparıcı Xuraman Aydınqızının təqdimatında 15.02.2025-ci il tarixində yayımlanan “Bu Sabah” verlişində “Novruzun ilk çərşənbəsi- Su çərşənbəsi”, milli adət ənənələrimizdən, çərşənbə və bayramın tarixindən adətindən, şirniyyatlarından maraqlı söhbətlər açıldı, milli ruhda şeirlər deyildi, vətənpərvər ruhda mahnılar oxundu.
Verlişin qonaqları:
1. Vəfa Qurbanova- H.Ərəblinski adına Sumqayıt Dövlət dram teatrının aktrisası, “Tərəqqi” medallı.
2. Ədalət İzzət oğlu- AJB-nin üzvü, AYB-nin üzvü, 8 kitab müəllifi, yazıçı, şair.
3.Yeganə Telmanqızı- AJB-nin üzvü, Jurnalist, “Qızıl Qələm”, “İti Qələm” media mükafatçısı, pedaqoq.
4. Güllü Eldar Tomarlı - "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, “Kəlağayı” ev muzeyinin direktoru.
5. Leyla Polad qızı- Müğənni, aktrisa, Sumqayıtın 75 illiyinə həsr olunmuş müsabiqənin qalibi.
Sizlərə sayıtımız vasitəsi ilə “Bu Sabah” verlişinin tam videosunu təqdim edirik.
Yeganə Telmanqızı
XeberTıme.az