SON DƏQİQƏ

"Dünya Fotolarda" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu- FOTOLAR+VİDEO

Tarix:6-03-2025, 02:30

mart tarixində YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Fotoqraf Qismət Mehdiyevin layihə rəhbəri Aygün Əzizovanın olduğu "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Dünya Fotolarda" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu. 

Sərgidə fotoqrafın 30 ədəd xarici ölkələrə səyahəti zamanı çəkilən fotoları və Bakı şəhərinin gözəl abidələrinin fotoları tamaşaçılara  təqdim olunurdu.                                      
Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Fotoqraf Qismət Mehdiyevin sərgidə təqdim olunan fotolarının olduqca maraqlı rakuslardan  çəkildiyini, texnika fərqliliyini qeyd edib xüsusilə istedadlı gənc fotoqrafın sərgisini "Konstitusiya və Suverenlik İli"nə həsr etməsi təqdirə  layiq bir addım olduğunu bildirdi. Şərəfli peşəsində  Qismət bəyə  uğurlar arzuladı. 
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında Turizm sahəsində xaricdə təhsil alıb eyni zamanda fotoqrafiya sahəsində uğur qazanması əhəmiyyətli dərəcədə uğurlu fəaliyyətin bəhrəsidir.  Bugünkü sərgidə Azərbaycanın hər qarışının dünyada təbliği fotoqraf Qismət Mehdiyevin  vətənpərvər gənc olduğunu göstərir . Tezliklə Qarabağımızın da qarış-qarış çəkilişlərini edəcəyini, arzusunda olduğu sənədli filmləri hazırlayıb dünyaya yayımlayacağına inandığını bildirdi. Bu yolda Vətənpərvər Azərbaycan oğluna uğurlu missiyasında tükənməz enerji , can sağlığı arzuladı. Qarşıdakı sərgisinin  Qarabağın ecazkar gözəlliyindən çəkilmiş fotolardan ibarət olacağını bildirdi. 

Qismət Mehdiyevin atası Qiymət Mehdiyev və anası Könül Mehdiyeva övladlarının uğurlu sənətkar olacağına öncədən inandıqlarını və hər zaman ona dəstək olduqlarını bildirdilər. Sərgidə fəxri qonaq olaraq Yeni Azərbaycan Partiyası Veteranları Şurasının üzvü Misir Mərdanov və Kuzey Kıbrıs Türk Cumhuriyetinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ufuq  Turganer, ADRA-nın müəllimi Zinaida Mirzəzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu filialı və Xəzər rayon filialının rəsm müəllimi Fərəh Babayeva iştirak edirdilər. 
Sonda ilk fərdi yaradıcılıq sərgisinə görə fotoqraf Qismət Mehdiyev Beynəlxalq Qalereya tərəfindən diplomla təltif olundu. Xatirə fotoları çəkildi.
 
XeberTıme.az                                                                                  

Müxbir : Aygün Oqtay                                                   
Fotoqraf: Ayaz                                                            
Operator: Çingiz Abdullayev




 
XeberTıme.az                                                                                  

Müxbir : Aygün Oqtay                                                   
Fotoqraf: Ayaz                                                            
Operator: Çingiz Abdullayev

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ