SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM-də 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirildi-FOTO

Tarix:8-03-2025, 00:49

XeberTıme.az Sumqayıt Bülbül adına Uşaq İncəsənət Məktəbinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert keçirildi. Konsert məktəbin rəhbərliyi və müəllimlər tərəfindən təşkil olunmuşdur.

Məktəbin müəllimləri Ruslan Tağıyev (tar), Elnur Əliyev (tar), Habil Əliyev (tar), Məhərrəm Qəhrəmanov (nağara), Orxan Qənbərov (qarmon) və Əkbər Yəhyayev (klarnet) ifaları ilə musiqi dolu bir atmosfer qatdılar. Xüsusi qonaq olaraq Şəhriyar Musayev (kamança ifaçısı, məktəbin məzunu) da iştirak edib. 



XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ