SON DƏQİQƏ

“Zərif Duyğular” adlı sərgi təşkil olunub- FOTOLAR

Tarix:8-03-2025, 01:04

8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Zərif Duyğular” adlı sərgi YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə təşkil olundu.                     


Sərgidə 150 müxtəlif yaş qrupundan olan rəssamlar iştirak edirdilər. Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  sərgidə iştirak edən xanımları təbrik edib, xoşbəxtlik arzulayıb sözü  Beynəlxalq Qalereyanın  direktoru Elnurə İsgəndərovaya verdi.
 Elnurə xanım çıxışında Azərbaycan xanımlarının fədakarlığından söz açıb  rəssam xanımları  təbrik edib  hər birinə can sağlığı və uğurlar arzuladı. Sərgidə iştirak edən rəssamlar Fəxri Fərmanlar və Plaketlərlə təltif olundular.  Sonda xatirə fotoları çəkildi.  


 
Müxbir: Aygün Oqtay
Fotoqraf: Ayaz 
Operator: Xatirə Məmmədova
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ