13.03.2025-ci ildə Global Art Network, Azərbaycan Rəssamlar İttifaqı, Sumqayıt Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Sumqayıt nümayəndəliyi, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, Xətai Sənət Mərkəzi və EMEDİA Group-un təşkilatçılığı ilə Xətai Sənət Mərkəzinin sərgi salonunda “Akvarel Rəssamlığın ruhudur” adlı sərgi və “Müasir Azərbaycan Akvarelçiləri” kitab-kataloqun təqdimatı keçirilib.
Əvvəlcə sərginin kuratoru Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Sulu Boya Cəmiyyətinin üzvü, Beynəlxalq Sulu Boya Cəmiyyətinin Sumqayıt nümayəndəliyinin rəhbəri, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı İntiqam Cəfərov qonaqları və rəssamları salamladı tədbir haqqında məlumatlar verdi. “Müasir Azərbaycan Akvarelçiləri” kitab-kataloqun ərsəyə gətirməyindən söhbət açdı.
Sonra söz ev sahibliyi edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova, millət vəkili Vüqar İsgəndərova, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor Ziyadxan Əliyevə, Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmaq Məmmədova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimova, Əməkdar rəssam Rais Rəsulzadəyə, Sumqayıt Dövlət Rəsm Qalereyasının rəhbəri Ellada Həsənovaya, EMEDİA Group-un rəhbəri Eışən Əliyevə, “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə
Telmanqızına verildi. Natiqlər bu cür əhəmiyyətli tədbirlərin mütamadə olaraq keçirilməsindən danışdılar.
“Sərginin keçirilməsində və Müasir Azərbaycan Akvarelçiləri” kitab-kataloqun ərsəyə gətirilməsində böyük zəhməti olan isdedadlı rəssam, sərginin kuratoru İntiqam Cəfərova öz minnətdarlığımızı bildiririk. Bu günki tədbirdə sərgilən 75 rəssamın əl işləri, 75 rəssam ürəyinin səsi, əlinin zəhməti, gözünün nuru deməkdir. Su və boyanın ahəngi olan akvarel sənətindən olan rəsm əsərləri insanın ruhuna oxşayır. Rəssamlıq sahəsində uğur qazanmaq üçün onu ruhunun bir parçası olaraq qəbul etmək lazımdır. İstedad, görməyi və yaratmağı bacarmaqla yanaşı, öyrənmək, yeni ideyalara sahib olmaq, daim öz üzərində işləmək və inkişaf etmək də mühüm şərtlərdir. Bütün bunları özü üçün əsas bilib, həyatını rəssamlıqla, sulu boya ilə bağlayan rəssamların bu gün burada iş dünyasını gördük. Bu rəssamlığa sevgidən, əməyə fəaliyyətindən, gələcək planlarından xəbər verir. Rəssamlar uşaq
yaşlarından başlayıb, zaman keçdikcə bu sahəyə bağlanırlar və illərlə rənglərin və fırçanın sehrində olurlar. Öz üzərində daha çox işləyib, bu sahədə bacarıqlarını inkişaf etdirən rəssamlara uğurlar arzulayırıq. İstedadlı rəssam səciyyəvi xüsusiyyətləri ümumiləşdirməyi bacarmalıdır ki, işləri onları izləyənlərə müsbət təsir bağışlasın. Sərgilər də rəssama sənətini nümayiş etdirmək üçün geniş imkanlar açır. Təbii ki, sərgilərin keçirilməsi rəssamlar üçün motivasiya mənbəyidir. Öz işlərini tanıtmaqla yanaşı, şəhərini, ölkəsini də təbliğ edə bilirlər. Bu isə başqa bir qürur verir. Hər kəsə bu işdə uğurlu yol arzulayırıq.”
“Müasir Azərbaycan Akvarelçiləri” kitab-kataloqun ərsəyə gətirməkdə əsas məqsəd Müasir Azərbaycan Akvarelçilərini tanıtmaq və onların əsərlərini gələcəkdə Beynəlxalq nüfuzlu qalereyaların sərgi salonlarına təqdim etməkdir. Eyni zamanda unudulmaqda olan akvarel texnikasına yenidən yanaşmanı bərpa etmək və bu akvarelçi rəssamların sayını artıraraq bu texnikanı en üst səviyyəyə çatdırmaqdır.
“Akvarel Rəssamlığın ruhudur” adlı sərgidə və kitab-katoloqunda məlumat verilən akvarelçi rəssamların əsərləri nümayiş olunur. Bildiyimiz kimi akvarel ilə çəkilən əsərlər su ilə yarandığından, su da eyni zamanda saflığın, təmizliyin rəmzi olduğu üçün insanın ruhunu da, təmizliyini də boya ilə vəhdətini əlaqələndirərək, kağız üzərinə köçürülən zaman əmələ gələn sənət əsəri rəssamın ruhudur.
Xatırladaq ki, bu kitab-kotoloqun ideya, layihə rəhbəri, sərginin kuratoru Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Sulu Boya Cəmiyyətinin üzvü, Beynəlxalq Sulu Boya Cəmiyyətinin Sumqayıt nümayəndəliyinin rəhbəri, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı İntiqam Cəfərovdur. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Professor Ziyadxan Əliyev və Qlobal Network Beynəlxalq Sulu Boya Cəmiyyətinin təhsisçisi , Prezidenti Atanur Doğan bu layihənin məsləhətçiləridir.
Sərgidə əsərləri nümayiş olunan rəssamlar: Əlisəttar Səlimov, Rais Rəsulzadə, Sabir Məmmədov, Pərviz Əliyev, İlham Mirzəyev, Akif Hüseynov, Tofiq Əhmədov, Bayram Qasımxanlı, Murad Kərimov, Hafiz Kərimov, Səbinə İsgəndər, Emin Nəbiyev, Abbas Məmmədov və digərləri.
Sərgidə ümumilikdə 75 akvarelçi rəssamın əsərləri yer almışdır.
Tədbirin informasiya dəstəkçisi EMEDİA Group, “XeberTıme.az” İnformasiya Portalı, Azpress.AZ.
Sərgi 2 gün davam edəcək.














