Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu "Novruz Çərşənbələri " adlı master-klass təşkil olundu.
Master-klasda "EDUGRATA" tədris mərkəzinin müəllimi Şəbnəm Nəbiyevanın tələbələri iştirak edirdi. Master-klası ADRA - nın müəllimi Zinaida Mirzəzadə aparırdı. Gənc rəssamlar gildən hazırlanmış yaz mövzusunda fiqurlar üzərində rəngkarlıq texnikasının sirlərin öyrəndilər. Master-klası açıq elan edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçılara uğurlar arzuladı.
Sonda iştirakçılara diplom və kiçik hədiyyələr təqdim olunub xatirə fotoları çəkildi.
Beynəlxalq Qalereyada keçirilən "Novruz çərşənbələri" adlı master-klasın video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik:
Müxbir : Aygün Oqtay
Fotoqraf: Ayaz