19.03.2025-ci il tarixində “Sübhnur Tədris Mərkəzi” və “Fidan Kindergarten” birgə təşkilatçılığı ilə "Birlik və Bərabərlik" adlı xeyriyyə tədbiri keçirildi.
Layihənin ideya müəllifi və layihə rəhbəri Gülnarə Hüseynovadır. Layihənin əsas məqsədi qayğıya ehtiyacı olan uşaqların yanında olmaqdır. Layihəmizdə Azərbaycanın ictimai siyasi xadimləri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Ceyhun Məmmədovun köməkçisi Emin bəy, şəhid anaları, "Mələk" qadınlar qrupunun qurucusu və rəhbəri Leyla xanım, qazi Ülvi Qədir övladları ilə birgə iştirak etmişdir.
İştirakçılar arasında dəyərli müəllim Nailə xanım, Ülkər xanım, Aynur xanım 2 saylı İnternat Məktəbinin tərbiyəçi müəllimi Samirə xanım kimsəsiz şagirdləri ilə iştirak etdilər.Tədbirdə hemofiliya xəstəliyindən əziyyət çəkən Eşqin Əmrahli, xüsusi qayğıya ehtiyac duyulan balaca Arzu Mirzəzadə ifa edərək tədbirimizə rəng qatdılar. Tədbirimizdə balaca balalar üçün müxtəlif əyləncə proqramları, klounlar, keçə-kosa və müxtəlif animatorlar təşkil olunmuşdur. Onlar çox gözəl vaxt keçirmiş müxtəlif oyunlarla günlərini yadda qalan etdilər.
Gülnarə Hüseynova
“Sübhnur Tədris Mərkəzi”nin direktoru