Azərbaycan Milli Xalça Muzeyində rəssam Aydan Nəbizadənin “Qəlb” adlı fərdi sərgisi açılıb
Azərbaycan Milli Xalça Muzeyində rəssam Aydan Nəbizadənin “Qəlb” adlı fərdi sərgisi açılıb. 18-19 mart tarixlərində keçirilən sərgidə duyğular, hisslər və rənglərlə zəngin 30-a qədər əsər nümayiş olunur.
“Qəlb” sərgisi Aydan Nəbizadənin uzunmüddətli bədii axtarışlarının, daim dəyişən və inkişaf edən yaradıcılığının uğurlu nəticəsi olmaqla yanaşı, onun daxili aləminə açılan pəncərədir.
Rəssamın bədii düşüncəsində parlaq, cəsarətli, ilhamverici, eyni zamanda həssas, refleksiya və özünüdərk qabiliyyətinə malik qadın obrazları xüsusi yer tutur. Fərdi dünyagörüşünü özünəməxsus texnika ilə birləşdirərək unikal üslub formalaşdıran Aydan xanımın hər fırça toxunuşu düşünülmüş və məqsədyönlüdür. O, bir-birindən fərqli, lakin səmimi hisslər yaradan, xüsusi estetik dəyərə malik əsərlərini müəllif və tamaşaçı arasında ünsiyyət vasitəsi kimi təqdim edir.
Aydan Nəbizadə Azərbaycan təsviri sənətində ilk dəfə qeyri-adi formalı kətanlardan istifadə edən rəssam kimi daim yenilikçi ruhuna sadiq qalır, insanları əsərlərində əks olunan dəyərləri kəşf etməyə səyahətə yönəldir.
“Qəlb” sərgisi mövsümün ən maraqlı mədəniyyət hadisələrindən birinə şahid olmaq, həmçinin müəllifin yaradıcılığını, sənətə yanaşma tərzini, saf, dərin sevgisini duymaq üçün gözəl fürsətdir.
В Азербайджанском национальном музее ковра открылась персональная выставка «Душа» художницы Айдан Набизаде
В Азербайджанском национальном музее ковра открылась персональная выставка «Душа» художницы Айдан Набизаде. С 18 по 19 марта на выставке будет представлено до 30-ти работ полных эмоций, чувств и красок.
Выставка «Душа» – это отражение долгих творческих поисков художницы, а также своеобразное окно в ее внутренний мир.
Особое место в творческом мышлении художницы занимают яркие, храбрые, вдохновляющие, наряду с этим хрупкие и способные к рефлексии и самосознанию женские образы. Айдан Набизаде объединила личное мировоззрение со своеобразной техникой, сформировав тем самым уникальный стиль, где продуман каждый мазок кисти. Работы художницы вызывают искренние чувства, обладают особой эстетической ценностью и совершенно отличны друг от друга. Сама художница представляет их как средство общения между автором и зрителем.
Айдан Набизаде всегда верна духу новаторства – впервые в истории азербайджанского изобразительного искусства она использует холсты необычной формы, приглашая познать ценности, изображенные в своих работах.
Выставка «Душа» – это одно из интереснейших культурных событий сезона, а также превосходная возможность увидеть творчество художницы, ее подход к искусству и почувствовать ее чистую и глубокую любовь.
The Solo Exhibition Soul by Artist Aydan Nabizade is now open at the Azerbaijan National Carpet Museum
The solo exhibition Soul by artist Aydan Nabizade is now open at the Azerbaijan National Carpet Museum will host. Scheduled for March 18–19, the exhibition features nearly 30 works rich in emotions, feelings and colours.
The Soul exhibition is not only the result of Aydan Nabizade’s long-term artistic explorations and ever-evolving creativity but also a window into her inner world.
The bright, courageous, inspiring and at the same time fragile female characters with self-reflection and self-awareness ability occupy a special place in her artistic mindset. By combining her personal outlook with an original technique, Aydan Nabizade has developed a distinctive style, where every brushstroke is deliberate and purposeful. She presents her works – each distinct yet evoking sincere emotions and possessing special aesthetic value – as a means of communication between the artist and the audience.
As the first artist in Azerbaijani fine art to use unusually shaped canvases, Aydan Nabizade remains true to her innovative spirit, guiding people on a journey to discover the values reflected in her works.
The Soul exhibition is a wonderful opportunity to witness one of the season’s most exciting cultural events as well as to experience the artist’s creative vision, artistic approach and profound, sincere love for art.
XeberTıme.az
Müxbir: Aygün Oqtay