SON DƏQİQƏ

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş Master-klass təşkil olunub- FOTO

Tarix:7-04-2025, 15:47

Beynəlxalq Qalereyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş  layihə rəhbəri  Aygün Əzizovanın olduğu Master-klass təşkil olundu. Master-klasda müxtəlif yaş qrupundan olan rəssamlar iştirak edirdilər. 
Master-klası giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamları salamlayıb günün əhəmiyyəti haqqında məlumat verib uğurlar arzuladı. Rəssam, terapevt həkim Səadət Cəfərova master-klasların xüsusilə bütün yaş qruplarında olan rəssamlara pisxaloji cəhətdən kömək etdiyini bildirdi. Rəssam ,vokalist Aynur Yunusovanın möhtəşəm ifası iştirakçıların alqışları ilə qarşılandı . Rəssamlar abidə fiqurları üzərində rəngkarlıq texnikasını tətbiq etdilər. Sonda iştirakçılara diplomlar təqdim olunub, xatirə fotoları çəkildi. 



 
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Ayaz

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ