SON DƏQİQƏ

Milli Xalça Muzeyində yeni layihə-FOTOLAR

Tarix:17-04-2025, 00:03

Milli Xalça Muzeyində “Azərbaycan-İsveçrə mədəni dialoqu: inklüzivlik naminə muzeylərarası əməkdaşlıq” layihəsi həyata keçirilir 
Azərbaycan Milli Xalça Muzeyində İsveçrə və Azərbaycan arasında mədəniyyətlərarası dialoqu inkişaf etdirmək və muzeylərdə inklüzivliyin gücləndirilməsinə töhfə vermək məqsədilə yeni layihə həyata keçirilir. Azərbaycan Milli Xalça Muzeyi, İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirliyi və İsveçrə Qadınlar və Emansipasiya Assosiasiyasının birgə əməkdaşlığına əsaslanan layihə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün daha əlçatan və faydalı muzey mühiti yaratmağı hədəfləyir. 
İki aylıq layihə çərçivəsində autizmli uşaqlar və “Azərbaycan uşaqları” İctimai Birliyinin üzvləri üçün Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalçatoxuma üzrə ustad dərsləri keçirilir. Həmçinin burada İsveçrə Qadınlar və Emansipasiya Assosiasiyasının Süni intelekt və incəsənət proqramları layihələrinin kuratoru Valeria Biben tərəfindən xüsusi təlim təşkil olunur. Təlim Assosiasiyanın süni intelekt vasitəsilə xalça eskizinin hazırlanması üzrə tədris proqramına əsasən keçirilir. Bu yeni metodologiya uşaqlara ənənəvi xalça sənətini müasir və interaktiv şəkildə öyrənmək imkanı verməklə yanaşı, onlara yaradıcı və praktiki təhsil təcrübəsi qazandırır.  
Qeyd edək ki, layihə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün əlçatanlıq sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin təmin edilməsi, mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi, İsveçrə və Azərbaycan arasından tərəfdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir.
 
The Azerbaijan National Carpet Museum Holds the Project Swiss-Azerbaijani Cultural Dialogue: Museum Collaboration for Inclusiveness
 
The Azerbaijan National Carpet Museum holds a new project aimed to develop the intercultural dialogue between Switzerland and Azerbaijan and foster inclusivity in the museums.
The main objective of the project that is the result of cooperation between the Azerbaijan National Carpet Museum, the Embassy of the Swiss Confederation in the Republic of Azerbaijan and the Swiss Association of Women and Empowerment is to create more accessible and useful museum environment for the individuals with special needs.
Within the two-month project, the Traditional Technologies Department of the ANCM will hold master-classes on carpet weaving for children with autism and for members of the Azerbaijan Children Union. On top of that, Valeria Biben, Head of AI and Art Projects of the Swiss Association of Women and Empowerment holds special trainings. The training is based on the educational program on creating a carpet sketch using AI. This new methodology provides children with opportunity to study the carpet art in a modern and interactive way, along with that it gives them creative and practical educational experience.
Is should be noted, that this project is of great significance in terms of sharing the cutting-edge experience aimed to foster accessibility for the individuals with special needs, preservation of cultural heritage and its passing to the future generations, and strengthening partnership between Switzerland and Azerbaijan.



 
XeberTıme.az                                                                              

Müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ