SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılıb- FOTOLAR

Tarix:21-04-2025, 02:12

Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılıb.
 
Aprelin 17-də Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisi açılıb.Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış edərək sərginin məqsəd və əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid bədii, tarixi, elmi əhəmiyyət kəsb etməyən, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində peşəkar rəssamların müxtəlif janrlarda çəkdiyi 30-dan artıq rəsm nümayiş olunur. Bu əsərlərdə 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib. Hüseyn Kəngərli, Məryam Kiblayeva, Nərgiz Quliyeva, Rəşadə Əliyeva, Eldar Babazadə, Banuçiçək Əhmədzadə, Röya Həsən, Samirə Muxtarova, Sevinc Gəncəliyeva, Leyla Ağazadə, Aydan Məmmədli, Təranə Əliyeva, Aynura Mustafayeva, Fəxriyyə Hacıyeva, Nigar Əliyeva, Vüsalə Şərifova, Nailə Məhərrəmova, Ruslan Rüstəmov, Eldar Hacıyev, Sevda Rüstəmova, Leyla Orucova, Nərgiz Quliyeva, Oksana Kazımova, Nailə Aslanova, Nərminə Uluxanova, Leyla Müseyibova, İntiqam Ağayev, Dadaş Məmmədovun müəllifi olduğu təsviri sənət nümunələrində Qarabağ motivləri və ölkəmizin rəmzi sayılan nar elementləri müasir interpretasiyada təqdim edilib. Layihənin əsas məqsədi Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda, ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqidir. Qarşıya qoyulan əsas hədəf isə yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olan xalça sənətini dünyada daha geniş tanıtmaqdır.
Sonra “Arts Council Azerbaijan” təşkilatı tərəfindən “İkinci həyat” sərgisində yer alan, Dadaş Məmmədovun müəllifi olduğu əsər Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilib.
Tədbirin bədii hissəsində Muğam Televiziya Müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfail Əsgərov, nağarada Səyyar Teymurovun müşaiyəti ilə “Qarabağ şikəstəsi” ifa edib. Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Orxan Hüseynli “Azərbaycan maralı” və “Küçələrə su səpmişəm” xalq mahnılarını səsləndirib. İfaçını pianoda Pərviz Məmmədov müşaiyət edib. Respublika Uşaq-Gənclər və İnkişaf Mərkəzinin “Qavaldaş” ritm qrupu da öz çıxışı ilə qonaqlara xoş anlar yaşadıb.
Qeyd edək ki, Arts Council Azerbaijan və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, European Crafts Alliance və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin müəllifi Sona Quliyevadır. 
Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehlak və istehsal (SDG 12), iqlim dəyişikliyi ilə mübarizə (SDG 13) prinsiplərinə uyğun həyata keçirilir.
Sərgi aprelin 27-dək davam edəcək.
 
 
В Азербайджанском национальном музее ковра открылась выставка «Вторая жизнь»
 
17 апреля в Азербайджанском национальном музее ковра открылась выставка картин на коврах «Вторая жизнь».
Директор Азербайджанского национального музея ковра Амина Меликова и руководитель организации «Arts Council Azerbaijan» Дадаш Мамедов выступили на церемонии открытия с речью, рассказав о целях и значимости выставки.
Также было отмечено, что на выставке представлено свыше 30 картин различных жанров, созданных профессиональными художниками на поврежденных или непригодных к использованию коврах из разных регионов Азербайджана, не представляющих художественной, исторической или научной значимости. Благодаря синтезу новых художественных стилей, основанному на своеобразном подходе художников, сотканные в 1980-2000-х годах традиционные ковры стали богаче и живописнее. Карабахские мотивы и элементы граната, считающегося символом нашей страны представлены на картинах, созданных Гусейном Кенгерли, Марьям Киблаевой, Наргиз Гулиевой, Рашадой Алиевой, Эльдаром Бабазаде, Банучичек Ахмедзаде, Роёй Гасан, Самирой Мухтаровой, Севиндж Гянджалиевой, Лейлой Агазаде, Айдан Мамедли, Тараной Алиевой, Айнурой Мустафаевой, Фахриёй Гаджиевой, Нигяр Алиевой, Вусалей Шарифовой, Наилей Магеррамовой, Русланом Рустамовым, Эльдаром Гаджиевым, Севдой Рустамовой, Лейлой Оруджевой, Наргиз Гулиевой, Оксаной Кязимовой, Наилей Аслановой, Нарминой Улухановой, Лейлой Мусейибовой, Интигамом Агаевым и Дадашем Мамедовым в современной интерпретации.
Основные цели проекта – сохранение азербайджанского коврового искусства, его новое выражение в контексте современного искусства, а также развитие экологического мышления и пропаганда переработки отходов через искусство. Задачей же проекта, является привлечение к этому созидательному процессу как местных художников, так и международного творческого сообщества, а также широкая пропаганда во всем мире коврового искусства, являющегося неотъемлемой частью быта и культуры нашего народа.
Также, организация «Arts Council Azerbaijan» подарила Азербайджанскому национальному музею ковра работу Дадаша Мамедова, представленную на выставке.
Художественная часть мероприятия включала мугам «Qarabağ şikəstəsi» (Карабахская шикесте) в исполнении Нисбат Садраевой, победительницы телеконкурса «Мугам» в сопровождении тариста Рустама Муслюмова, каманчиста Эльнура Салахова, балабаниста Рафаиля Аскерова и нагариста Саййара Теймурова. Победитель Международного фестиваля мугама Орхан Гусейнли исполнил народные песни «Azərbaycan maralı» (Азербайджанская газель) и «Küçələrə su səpmişəm» (Полил я улицу водой) в сопровождении пианиста Парвиза Мамедова. Ритм-группа «Гавалдаш» Республиканского центра развития детей и молодежи также выступила с музыкальной композицией.
Отметим, что автором проекта, организованного «Arts Council Azerbaijan» и Азербайджанским национальным музеем ковра при поддержке «European Crafts Alliance» и Национального комитета ИКОМ Азербайджана является Сона Гулиева.
Проект реализован в рамках Целей устойчивого развития ООН в соответствии с принципами ответственного потребления и производства (ЦУР №12) и борьбы с изменениями климата (ЦУР №13).
Выставка продлится до 27 апреля. 
 
 
The Exhibition Second Life is now open at the Azerbaijan National Carpet Museum
 
On April 17, the Azerbaijan National Carpet Museum has opened the exhibition Second Life, featuring paintings on carpet.
Amina Melikova, the Director of the Azerbaijan National Carpet Museum and Dadash Mammadov, Head of the Arts Council Azerbaijan delivered speeches at the opening ceremony where they told about objectives of the exhibition and underlined its significance. They also noted, that the exhibition showcases over 30 paintings of various genres on damaged or unusable carpets that do not have any artistic, historical or scientific significance from different regions of Azerbaijan created by professional artists. In these works, traditional carpets woven from 1980 to 2000s have been enriched due to the synthesis with new artistic styles based on the artists' unique approach. In these artworks by Huseyn Kangarli, Maryam Kiblayeva, Nargiz Guliyeva, Rashada Aliyeva, Eldar Babazade, Banuchichak Ahmadzade, Roya Hasan, Samira Mukhtarova, Sevinj Ganjaliyeva, Leyla Aghazade, Aydan Mammadli, Tarana Aliyeva, Aynura Mustafayeva, Fakhriyya Hajiyeva, Nigar Aliyeva, Vusala Sharifova, Naila Maharramova, Ruslan Rustamov, Eldar Hajiyev, Sevda Rustamova, Leyla Orujova, Nargiz Guliyeva, Oksana Kazimova, Naila Aslanova, Narmina Ulukhanova, Leyla Museyibova, Intigam Aghayev and Dadash Mammadov, the Karabakh motifs and pomegranate elements, which are considered a symbol of our country, are presented in a contemporary interpretation. The project aims to preserve Azerbaijani carpet art, express it in a new way within the context of contemporary art, foster ecological thinking and promote recycling through art. The key objective is to involve local artists as well as the international artistic community in this creative process and promote globally the carpet weaving art, which is an integral part of culture and household of the Azerbaijani people.
The Arts Council Azerbaijan donated to the Azerbaijan National Carpet Museum an artwork by Dadash Mammadov, which also is on display at the exhibition Second Life.
The artistic part of the event included the mugham composition Karabakh Shikastasi performed by singer Nisbat Sadrayeva, the winner of the Mugham television contest and accompanied by tar player Rustam Muslumov, kamancheh player Elnur Salahov, balaban player Rafail Asgarov and nagara player Sayyar Teymurov. Orkhan Huseynli, the winner of the International Mugham Contest performed the folk songs Azerbaijani Deer and I Have Sprinkled Water onto the Streets, accompanied by the pianist Parviz Mammadov. The Gavaldash rhythm group of the Republican Children and Youth Development Center also delighted the guests with their performance.
The author of the project, organised by Arts Council Azerbaijan, the Azerbaijan National Carpet Museum and supported by the European Crafts Alliance and ICOM Azerbaijan National Committee is Sona Guliyeva.
The project is realized within the framework of UN Sustainable Development Goals in accordance with Responsible Consumption and Production (SDG 12) and Climate Action (SDG 13) principles.
 
The exhibition is on until April 27.


XeberTıme.az                                                                              
Müxbir: Aygün Oqtay



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ