Gənc ifaçı Aytən Abbasın “Sənsiz” adlı klipinin təqdimatı keçirilib.
07.05.2025-ci il tarixində Alibaba Nargilə restoranında gənc ifaçı Aytən Abbasın “Sənsiz” adlı ilk klipinin təqdimatı keçirildi. Klipin təqdimatından sonra mətbuat konfransı baş tutdu. Mətbuat konfransında bir sıra media nümayəndələri, iş adamları və müğənnilər iştirak ediblər.
Mətbuat konfransında təşkilatçı, “Xeberekspress.az” İnformasiya Portalının mədəniyyət şöbəsinin müdiri, Aytən Abbasın prodüseri Əhməd Pərviz oğlu qonaqları salamladı. “Sənsiz” klipin necə ərsəyə gəlməsi haqqında məlumat verdi, Aytən xanımın qarşıda olan yaradıcılıq planlarından, bir neçə mahnının tezliklə dinləyicilərin ixtiyarına verilməsindən danışdı. Mətbuat nümayəndələrinin suallarını cavablandıran Aytən Abbas bu sənətə sevərək gəlməsindən və yaradıçılığında daha mükəmməl olaraq gələcək planlarından söhbət açdı və mətbuat konfransında iştirak edən hər bir kəsə öz təşəkkürünü bildirdi.
Xatırladaq ki, lirik janrda olan “Sənsiz” mahnısının musiqisi Kamil Həsənovun, sözləri və aranjimanı Turan Teyfur oğlunundur. Rejissor və operator Vüqar Məmmədlidir. Gənc ifaçı ilk yaradıcılıq addımlarını 2024-ci ildən başlamışdır.
Bizdə gənc ifaçı Aytən Abbasa “XeberTıme.az” və “Xeberekspress.az” İnformasiya Portalının bütün əməkdaşları adından bol-bol yaradıcılıq uğurları arzulayırıq.
Sayıtımız vasitəsilə Aytən Abbasın “Sənsiz” klipinin mətbuat konfransıənın video linkini sizə təqdim edirik: