Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin 102-ci ildönümü ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilib.
Bu tədbirlərdən biridə Leqend Compony MMC şirkətinin təsisçi direktoru Əfsanə Nəbiyevanın təşkilatçılığI ilə Azərbaycan Dövlət Pedaqoji universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin müəllimi, "RM ART" studionun təsisçi rəhbəri, Qabaqcıl təhsil işçisi Rəsmiyyə Mahmudova və tələbələri ilə mədəniyyət paytaxtı Şuşa şəhərində Ulu Öndərimiz Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən sərgi-tədbir olmuşdur.
“Qarabağ Azərbaycandır!” adlı milli və qarışıq üslubda keçirilən sərgidə şəhid ailə üzvüləri iştirak ediblər: Fərhadova Pərvin, Fərhadova Aysu, Cəfərov Babacəfər, Cəfərova Sitarə, Şirəliyeva Səadət, Talıbova Sahibə, Həsənova Südabə, Həsənova Sevda.
Sərgi-tədbirin fəxri qonaqları Beynəxalq Qaleriyanın direktoru, ARİ-nin fəxri üzvü Elnurə İsgəndərova və rəssam Fərəh Babayeva, psixoloq, fizioterapevt, xeyriyyəçi is xanımı Dürdanə Musayeva,
riyaziyyat müəlliməsi Nuranə Ələkbərova olmuşdur.
Sərgidə 22 rəssamın 25 əsəri nümayiş olunub. Hər bir əsər maraqla izlənib və gələcək rəssamlara bu yolda uğurlar arzulanıb.
Sonda istirakçılara hədiyyə və sertifikat təqdim olunub.
Tədbir iştirakçıları Şüşa qalasında, İsa bulağında “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.
Xatırladaq ki, Rəsmiyyə Mahmudova saysız-hesabsız şəhid və qazi portiretlərinin müəllifi, işğaldan azad olunan torpaqlarımızı kətan üzərinə əks etdirən eləcədə keramaka üzərində şəhid rəsmlərini sevə-sevə işləyən vətənpərvər rəssamdır.