Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
Mayın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı keçiriləcək. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun yeni layihə çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq. Burada sənətkarın 2024-2025-ci illərdə çəkdiyi, mövzu baxımından biri digərini ardıcıl şəkildə tamamlayan, xalçanın yaranma mərhələlərini əks etdirən əsərləri nümayiş olunacaq. Arif Hüseynovun xalça sənətinə, milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik 20-dən artıq silsilə rəsm əsəri kətan üzərində qarışıq texnikada çəkilib.
Sərgidə yer alan əsərlər süni intelektin köməyi ilə canlandırılaraq süjet xəttinə uyğun hazırlanmış videoçarx vasitəsilə də təqdim olunacaq.
Eyni zamanda, xalçanın hazırlanması ilə bağlı bütün mərhələləri uşaqlar üçün yaddaqalan etmək və onların milli irsimizə marağını artırmaq məqsədilə muzeyin Uşaq şöbəsi tərəfindən yeni ustad dərsi keçiriləcək. İlk dəfə təşkil olunan “Xalça necə yaranır?” ustad dərsində uşaqlar qoyunun qırxılması, yunun daranması, əyrilməsi, xalçanın toxunması kimi proseslərin şahidi və iştirakçısı olacaqlar.
Sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.
The Azerbaijan National Carpet Museum to Present the Project A Knots of Time
On May 26, the Azerbaijan National Carpet Museum will hold the presentation of the project A Knots of Time. The event dedicated to International Children’s Day will open the exhibition featuring the artworks by People’s Artist, prominent graphic master, Professor Arif Huseynov created within the framework of the new project. The exhibition will feature more than 20 mixed technique paintings on canvas created in 2024-2025. These works consistently complement each other in terms of theme, reflect the development stages of carpet art and express the artist’s love for carpet art and national traditions.
On top of that, the artworks will be transformed into moving images using AI, which will then be compiled into a video created in accordance with the storyline.
Along with that, the museum’s Children’s Department will hold master classes designed to make all stages of carpet making memorable for children and to spark their interest in our national heritage. During this first-of-its-kind How to Make a Carpet - Master Class, children will witness and take part in processes such as sheep shearing, wool combing, spinning, and carpet weaving.
The exhibition and the master-classes are on until June 26.
Открытие выставки «Узелки времени» в Азербайджанском национальном музее ковра
26 мая в Азербайджанском национальном музее ковра состоится презентация проекта «Узелки времени», приуроченная к Международному дню защиты детей. В рамках мероприятия откроется выставка работ Народного художника Азербайджана, выдающегося мастера графики, профессора Арифа Гусейнова, созданных в 2024–2025 годах.
Экспозиция включает более 20 картин с выразительной сюжетной линией, выполненных в смешанной технике на холсте. Эти произведения последовательно раскрывают этапы создания ковра и отражают глубокую любовь автора к ковроткачеству и национальным традициям. Дополнительно, с помощью технологий искусственного интеллекта, работы будут «оживлены» и представлены в формате видеоролика, что придаст выставке интерактивный характер.
В рамках мероприятия детский отдел музея организует уникальные мастер-классы «Как создаётся ковёр?», где юные участники смогут пройти все стадии изготовления ковра: от стрижки овец до расчесывания, прядения шерсти и самого ткачества. Эти занятия направлены на формирование интереса к национальному культурному наследию среди подрастающего поколения.
Выставка и мастер-классы будут открыты для посетителей до 26 июня.
Xebertime.az
Müxbir: Aygün Oqtay