Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsi, "Sübhnur" Tədris və İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Milli Məclisin deputatı, s.ü.f.d., dosent Aydın Mirzəzadə, siyasətçi, Milli Cəbhə Partiyasının və “Region Beynəlxalq Analitik Mərkəzi”nin (RBAM) sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Razi Nurullayev, Yasamal Rayon İcra Hakimiyyətinin Uşaq hüquqları müdafiəsi üzrə komissiyasının məsul katibi Emin Babayev, pedaqoq, ictimai şəxs, qazi Ülvi Qədir, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi fİlologiya üzrə fəlsəfə doktoru, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu, “Addım – Addım” Tədris mərkəzinin, 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri, muzey işçiləri və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova, siyasətçi, Milli Cəbhə Partiyasının və “Region Beynəlxalq Analitik Mərkəzi”nin (RBAM) sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Razi Nurullayev, pedaqoq, ictimai şəxs, qazi Ülvi Qədir, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi fİlologiya üzrə fəlsəfə doktoru, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu çıxış ediblər. Çıxışlarda bildirilib ki, Heydər Əliyevin müdrikliyi və dəqiq qərarları sayəsində Azərbaycan mürəkkəb vəziyyətdən çıxaraq müstəqilliyini möhkəmləndirib, Ermənistanla atəşkəs sazişi imzalayıb, “Əsrin müqaviləsi” həyata keçirilib və ölkənin sosial-iqtisadi inkişafının əsası qoyulub. O da qeyd edilib ki, İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə qazanılmış Zəfər, Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “itirilmiş torpaqlara qayıdış” fikrinin reallaşmasıdır.
Tədbirin bədii hissəsində “Addım – addım” tədris mərkəzinin şagirdləri, “Bülbül vokal məktəbi”nin tələbələri Amil Nuri və İbrahim Quliyev (Bədii rəhbər: AR Əməkdar artisti Ramil Qasımov), 5 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Zirvə” rəqs ansamblı çıxış ediblər.
Sonda çıxışçılar təşəkkürnamələr ilə təltif olunub.
Tədbirdə Art studiyanın və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii rəhbəri Vəsilə Əhmədova və şagirdlərinin Milli Qurtuluş Gününə həsr edilmiş rəsm əsərləri sərgilənib.
Tədbirin aparıcısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi, “Sübhnur” Tədris və İnkişaf mərkəzinin təsisçisi və direktoru Gülnarə Hüseynova, tədbirin bədii rəhbəri muzeyin baş mütəxəssisi Nigar Əhmədli olub.
XeberTıme.az