Azərbaycan Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılacaq
Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılacaq.
Sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi 50-yə yaxın əsər təqdim olunacaq. Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib.
Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva öncə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. ilə mükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunacaq “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə olunur.
“Əsrlərin sədasında xalça sehri” sərgisinin Azərbaycan Milli Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır. Muzey xalça mövzusuna müraciət edən rəssamları daim dəstəkləyir və bu sərgi də həmin diqqətin bariz nümunəsidir.
Qeyd edək ki, rəssamın əsərləri bugünədək Bakı, Paris, Ankara və Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. “Əsrlərin sədasında xalça sehri” sərgisi isə onun Azərbaycan mədəni irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda növbəti mərhələdir.
Sərgi sentyabrın 21-dək davam edəcək.
В Азербайджанском национальном музее ковра состоится выставка «Магия ковра, звучащая в веках»
В Азербайджанском национальном музее ковра состоится выставка «Магия ковра, звучащая в веках» члена Союза художников Азербайджана, члена специализированного учреждения Организации Объединенных Наций по вопросам образования, науки и культуры (UNESCO) Милены Набиевой.
На выставке будут представлены около полусотни художественных произведений. Работы, важное место в которых занимает ковровые композиции и орнаменты, мастерски отражают национальную архитектуру, природу и цветочные мотивы.
Милена Набиева отличается и оригинальным художественным подходом: сперва она переносит на холст орнаменты, затем на этом фоне выстраивает основной сюжет. Таким способом художница добивается единства ковровых мотивов с азербайджанской архитектурой, природным пейзажем родного края и его дарами. В этом отношении особого внимания заслуживают работы «Айва с райского сада», «Воскресное утро», «Малыбейли», «Влюблённость», «Букет любви», «Букет уверенности». В этих произведениях эстетические коды прошлого органично сочетаются с современным мышлением, а язык орнаментов выражает глубокое уважение к нашей истории и богатому культурному наследию Азербайджана.
Проведение выставки в Азербайджанском национальном музее ковра обусловлено тем, что художница широко использует в своем творчестве национальные ковровые композиции и орнаменты. Музей оказывает постоянную поддержку художникам, обращающимся к ковровой теме.
Отметим, что работы Милены Набиевой были представлены в Баку, Париже, Анкаре и Санкт-Петербурге. Выставка «Магия ковра, звучащая в веках» - это очередной этап на пути искусства, в котором она выражает культурное наследие Азербайджана цветами, рисунками и новыми идеями.
Выставка продлится до 21 сентября.
The Azerbaijan National Carpet Museum to Host the Exhibition Carpet Magic Through the Echoes of Centuries
On September 17, the Azerbaijan National Carpet Museum will open the personal exhibition Carpet Magic Through the Echoes of Centuries by Milena Nabiyeva, prominent artist and member of the Union of Artists of Azerbaijan and the United Nations Educational, Scientific and Cultural Organization.
The exhibition will feature about 50 artworks created by the artist in different periods. The Azerbaijani carpet compositions and ornaments occupy a special place in these artworks. On top of that, national architecture, nature and floral motifs are perfectly reflected through contemporary fine art.
Milena Nabiyeva stands out due to her unique approach. Firstly, she depicts ornaments on canvas, then she creates the main plot using that rich background. This method allows to create a perfect harmony between the carpet motifs and Azerbaijani architectural monuments, nature, etc. Quince from the Garden of Eden, Sunday Morning, Malibeyli, Falling in Love, Love Bouquet, Self-Confidence Bouquet artworks are very interesting in this regard. They bring together the aesthetic codes of the past and the modern thinking and express great respect to our history and rich culture through the pattern language.
The hosting of the exhibition at the Azerbaijan National Carpet Museum is linked to the wide use of national carpet compositions and ornaments by the artist in her works. The museum constantly supports artists referring to carpet theme, this exhibition is the continuation of care and support.
Nabiyeva’s works have been presented at exhibitions held in Baku, Paris, Ankara, and Saint Petersburg. The exhibition Carpet Magic Through the Echoes of Centuries is the next stage of her creativity that expresses the Azerbaijani cultural heritage through colors, patterns, and new ideas.
The exhibition will be on until September 21.
Müxbir: Aygün Oqtay