2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri elan olunub!
XeberTıme.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi Facebook hesabı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələrlə qeydiyyat etdikləri "MyCulture" vahid şəxsi kabineti və exam.culture.az portalı vasitələrilə tanış ola bilərlər.
Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.
Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.
XeberTıme.az