SON DƏQİQƏ

Qobu İncəsənət Məktəbində tədbir keçirilib-FOTOLAR

Tarix:20-09-2025, 00:52

18 Sentyabr – Milli Musiqi Günü və görkəmli bəstəkar Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunan tədbir keçirilib. 
XeberTıme.az Qobu İncəsənət Məktəbinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, Qobu qəsəbə Uşaq İncəsənət Məktəbi, Sənətkarlıq evi və Kitabxana filialının birgə təşkilatçılığı Ağsaqqallar Şurasının iştirakı ilə 18 Sentyabr – Milli Musiqi Günü və görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Sonra məktəbin müəlliməsi Mətanət İsgəndərova geniş məruzə ilə çıxış edib. O, Üzeyir Hacıbəyovun Azərbaycan musiqi tarixində oynadığı mühüm roldan, onun yaratdığı ilk operadan, milli marşımızın müəllifi olmasından və dünya miqyasında tanınan zəngin irsindən söz açıb. Qeyd olunub ki, Üzeyir Hacıbəyov təkcə musiqi xadimi deyil, həm də maarifçi, pedaqoq və xalqının mənəvi sərvətini dünyaya tanıdan böyük şəxsiyyət idi. Ardınca tədbirin bədii hissəsinə start verilib. Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Üzeyir Hacıbəyovun əsərlərindən parçalar, xalq mahnıları, muğam ifaları və klassik musiqilər səsləndirilib. Musiqili çıxışlar və Sənətkarlıq evinin Bədii rəhbəri Rəşad Sadıqovun “Xudayar təsnifi” iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbirin davamında söz fəxri qonaq – Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm müəllimə və digər şura üzvlərinə verilib. Onlar çıxışlarında Üzeyir Hacıbəyovun yaradıcılığının xalqımız üçün qürur mənbəyi olduğunu qeyd edib, musiqinin milli kimlik və vətənpərvərlik ruhunun möhkəmlənməsindəki rolunu xüsusi vurğulayıblar. 
Sonda xatirə şəkilləri çəkilib.


XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ