SON DƏQİQƏ

Dünya Sülh Gününə həsr olunmuş tədbir keçirilib-FOTO

Tarix:1-10-2025, 20:12

Beynəlxalq Qalereyada Dünya Sülh Gününə həsr olunmuş onlayn sərginin Azərbaycanlı iştirakçılarının təltif olunması məqsədilə tədbir keçirildi. 
Sərgi Beynəlxalq Qalereya, World Art Club və Emiliano Art Gallerynin birgə təşkilatçılığı ilə onlayn formatda gerçəkləşdirilib.  Sülh mövzusuna həsr olunmuş bu tədbirdə Azərbaycan, Meksika, Tunis və İrandan olan rəssamlar iştirak edərək, öz unikal baxış bucaqlarını və mədəniyyətlərini əsərlərində əks etdiriblər.
 
Sərgidə müxtəlif yaş qruplarından olan rəssamlar fırçaları ilə sülhə dair duyğularını, arzularını və düşüncələrini ifadə ediblər.  Gənc istedadların və peşəkar sənətkarların bir araya gəldiyi bu sərgi, incəsənətin birləşdirici gücünü bir daha nümayiş etdirdi.
 
Tədbirin açılışında Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq Dünya Sülh Gününün tarixi və mahiyyəti barədə geniş məlumat verdi. O, vurğuladı ki, sülh yalnız bir günün deyil, hər günün dəyəri olmalıdır. 
 
Sonda sərgidə iştirak edən rəssamlara sertifikatlar və Beynəlxalq Qalereyanın üzvlük vəsiqələri təqdim olundu.



 
Müxbir : Aygün Oqtay 
Fotoqraf: Ayaz

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ