5 Oktyabr RM ART Studionun təsis olunmasının 3 illiyi münasibətilə tədbir təşkil olundu.
Tədbirdə fəxri qonaq olaraq Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, “XeberTıme.az” İnformasiya Portalı rəhbəri Yeganə Telmanqızı, Türkiyədən gələn dəyərli ziyalımız Fəridə Rəsulova çıxışlarında RM Art Studionun 3 illik fəaliyyətində akademik tələbə hazırlığı zamanı 600-ə yaxın tələbənin müxtəlif ali təhsil ocaqlarına qəbul olduğunu və hər zaman dövlət tədbirlərində, xarici ölkələrlə təşkil olunan sərgilərdə fəal iştirak edib diplomlara, sertfikatlara layiq görüldüklərini bildirdi.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova RM ARt Studionun kollektivinin Beynəlxalq Qalereya ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş etüdlərdə fəal iştirak etdiklərini bildirdi .
Bu əməkdaşlıq, studiyanın yalnız təhsil deyil, həm də milli-mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir.
Yasamal Rayon Yeni Azərbaycan Partiyası və Beynəlxalq Qalereya adından RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudovanı Fəxri Fərmanla təltif edib fəaliyyətində uğurlar arzuladı.
RM ART Studionun rəhbəri Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Azərbaycan Dövlət İncəsənət Kollecinin müəllimi Rəsmiyyə Mahmudova təbrikə gələn qonaqları salamlayıb xüsusi hazırlanmış çay süfrəsinə dəvət etdi . Səmimi atmosferdə studionun keçdiyi gərgin iş rejimi, qazandığı uğurlar və gələcək planlar müzakirə olundu. Bu görüş, sənət və təhsilin bir araya gəldiyi ruhlu bir bayram kimi yadda qaldı.


Müxbir: Aygün Oqtay