SON DƏQİQƏ

Günel Əliyevanın möhtəşəm əl işləri- MÜSAHİBƏ

Tarix:12-10-2025, 11:50

Günel Əliyevanın möhtəşəm əl işləri- MÜSAHİBƏ


Əl əməyi və göz nuru ilə ərsəyə gələn gözəllikləri yaradan xanımlardan biri Günel Əliyeva müsahibim oldu. 

Günel xanım sizin şamlarla yığdınız əl işi bir tədbirdə mənim diqqətimi cəlb etdi. Neçə ildi bu sənətlə məşğulsuz

– Yeganə xanım çox sağ olun ki, mənim əl işim sizin diqqətinizdən yayınmayıb və bu gün müsahibinizəm.                         
Məncə, bu sənətin ən əsas incəliyi öz sevgini gördüyün işə verə bilməkdir. O sevgi, o maraq qalan bütün gözəllikləri özü ilə gətirir. Bəli 2012-ci ildən mənim əl işlərim yaranıb, bu günə qədərdə dövlət tədbirlərində, gül bayramında, məktəb tədbirlərində sərgilənib, el şənliyinin, xoş günlərin bəzəyi olub. 2012-ci ildə mil, milçə ilə toxuma işlərim, səbətlər, gül dibçəklərində güllər, noxudla, balıq qulağı və s. ilə işləyirdim, hər gündə bir-birindən maraqlı işlər yaranırdı. Bir neçə ildi şamlarla maraqlı işlər işləyirəm.



- Sizə görə şah əsəriniz var?   

İlk növbədə bu işlərin incəlikyini öyrənmək lazımdır.  Bu sahəyə rəssamlıqda tətbiqi sənət deyirlər və mənim işlədiyim əsərlər bu sahənin qollarından biridir. Bu sənətə  marağım çoxdur, hətdda deyərdim ki, həyatımın bir hissəsini əl işlərimə həsr etmişəm və dediyiniz şah əsərim işlədiyim hər bir işdi, çünki çox sevirəm bu sənəti. Hər bir rəngin özünəməxsus gözəlliyi vardır. Bu gözəllikləri ortaya çıxarmaq üçün rənglərdən yerindəcə istifadə etmək lazımdır. 


 

- Ən çox hansı əsəriləri işləməyi sevirsiz?  
 
Kartlarla olan işləri işləyəndə zövq alıram. Ələmatdar günlər üçün şəkil çərçivələridə hazırlayıram.  



Bir xanımda müxtəlif  formalı şamların satışını gördüm, məndə maraq və həvəs oyandı ki, bu şamlardan maraqlı əsərlər yarada bilərəm və bu işə başladım. Şamları hazır alıram, onlara qabı özüm düzəldirəm  üstünə sifarişçinin istəyi ilə ad və yaxud ürək sözlərinin yazdırıram, qurub ərsəyə gətirirəm. Şükürlər olsun ki hələ bu vaxta qədər işlərimdən narazı olan olmayıb. 



 
– Gələcək planlarınız.

Allahın izni ilə BAXSHOP BAKU adlı işimi böyütmək istəyirəm.

Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq Günel xanıma sağlam həyat, işlərinizdə bol-bol uğurlar arzulayırıq. 
Günel xanımın İnstagram, Facebok səhifəsi sizə təqdim edirik: 
 
Günel xanımla əlaqə tel: 055 339 27 38 (+994 55 339 27 38)

İntagram: sunnella_design Günel; boxshop.baku



 
Facebokk: Günel Aliyeva  

 

Yeganə Telmanqızı 
  XeberTıme.az  

 
 
    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ