12.10.2025-ci il tarixində istedadlı müğənni Şəlalə Can Səsin “Vara Vara” adlı türk mahnısının klip təqdimatı keçirildi.
Tədbirin aparıcısı Rəşad Tərlanoğlu qonaqları salamladı, Şəlalə Can Səsin yaradıcılığı haqqında məlumat verdi və Türkiyənin İstanbul şəhərində çəkilən “Vara Vara” klipinin ərsəyə gəlməsindən danışdı. Klip izlədildikdən sonra mətbuat konfransı başlandı. Bir sıra mətbuat nümayəndələrinin, incəsənət xadimlərinin və stilist, visajist, mekap ustalarının suallarını cavablandıran Şəlalə xanım klipin yaranma tarixindən, və gələcək işləri baradə məlumat verdi.
“Xeberekspress.az” İnformasiya Portalının mədəniyyət şöbəsinin müdiri, Şəlalə Can Səsin prodüseri Əhməd Pərviz oğlu qonaqlara bildirdi ki, Şəlalə Can Səs kiçik yaşlarından oxumağa başlayıb, 15 ilə yaxındır ki, Türkiyə Respublikasında yaşayır və burada yaradıçılığını uğurla davam etdirir. Əhməd Pərviz oğlu qonaqların nəzərinə onuda çatdırdı ki, artıq Azərbaycanda Şəlalə xanımla bir neçə mahnı və klip üzərində işlərə başlayıblar və yaxın günlərdə uğurlu kliplərə imza atılacaq.
Mətbuat konfransında bir sıra media nümayəndələri: “Xeberekspress.az” İnformasiya Portalının rəhbəri Ruhiyyə Eldarqızı, “Xeberekspress.az” sayıtının Sumqayıt üzrə müxbiri Murad müəllim, “Xeberekspress.az” sayıtının redaktoru Elnarə Əliyeva, “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı, “Xeberekspress.az” sayıtının əməkdaşı Xatirə Məmmədova, “Xeberekspress.az” sayıtının xüsisi müxbiri Ləman Süleymanova, müğənni Elnarə Bakılı, operator Azər Sultanov, “Selcan” Akademiyasının rəhbəri, xeyriyyəçi Nigar xanım, iştirak ediblər.
Xatırladaq ki, mətbuat konfransı “Xeberekspress.az” İnformasiya Portalının təşkilatçılığı ilə baş tutub. Şəlalə Can Səs mətbuat konfransında iştirak edən hər bir kəsə öz təşəkkürünü bildirdi.
“Vara Vara” mahnının musiqisi və sözləri Cemal Onaya məxsusdur.
Bizdə istedadlı ifaçı Şəlalə Can Səsə “XeberTıme.az” və “Xeberekspress.az” İnformasiya Portalının bütün əməkdaşları adından bol-bol yaradıcılıq uğurları arzulayırıq. 



Şəlalə Can Səsin “Vara Vara” klipini sizə təqdim edirik:
"XeberTıme.az" Şəlalə Can Səsin “Xeberekspress.az” İnformasiya Portalının təşkilatçılığı ilə “Vara Vara” klipinin mətbuat konfransını sizə təqdim edir:
Yeganə Telmanqızı
XeberTıme.az