SON DƏQİQƏ

Balaca Rəssamların Böyük İncəsənət Addımı-FOTO\VİDEO

Tarix:15-10-2025, 00:50

“Payız Mənzərələri" Master-Klassı: Balaca Rəssamların Böyük İncəsənət Addımı.  
Beynəlxalq Qalereyada Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Qalereyanın üzvü, Mələklərim Uşaq Bağçasının rəsm müəllimi Aytən İsayevanın rəhbərliyi ilə 26 istedadlı azyaşlı rəssamın iştirakı ilə "Payız Mənzərələri" adlı master-klass təşkil olundu. Layihənin rəhbəri Aygün Əzizova idi.
Tədbirin açılışında Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxış edərək Mələklərim Uşaq Bağçasının rəhbər, müəllim və tələbə kollektivini salamladı. O, uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasında və sosial bacarıqlarının inkişafında belə tədbirlərin əhəmiyyətini vurğuladı.
Daha sonra çıxış edən Mələklərim Uşaq Bağçasının rəhbəri Toma Məmmədova Beynəlxalq Qalereyanın rəhbərliyinə və əməkdaşlarına yüksək səviyyədə qarşılanma üçün təşəkkürünü bildirdi. O, bağçanın bir illik fəaliyyəti ərzində tədrisin uğurla həyata keçirildiyini, həmçinin şəhid və qazi övladlarına xüsusi qayğı göstərildiyini qeyd etdi.
Tədbirin emosional anlarından biri isə Vətən müharibəsi şəhidimiz Yusif Yusifbəylinim övladı Nuray Yusifbəylinin master-klasda iştirakı oldu. Bu, tədbirə xüsusi mənəvi dəyər qatdı.
İki saat davam edən master-klasda uşaqlar gil fiqurlar üzərində çalışaraq payızın rənglərini öz dünyalarından keçirdilər. Tədbirin sonunda uşaqlara öz əlləri ilə rənglədikləri fiqurlar hədiyyə olundu və xatirə fotoları çəkildi.
Bu tədbir bir daha sübut etdi ki, incəsənət uşaqların dünyasına sevgi, vətənpərvərlik və yaradıcılıq aşılayan güclü vasitədir. “Mələklərim” Uşaq Bağçasının balaca rəssamları bu yolda ilk addımlarını uğurla atdılar.



Beynəlxalq Qalereyada keçirilən "Payız Mənzərələri" master-klası: Balaca rəssamların böyük incəsənət addımı adlı tədbirin video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik:  


 


Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal 
Operator: Ayaz

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ