Azərbaycan və Qazaxıstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinə ithaf olunmuş xüsusi sərgi təşkil olunmuşdur. Sərgi hər iki ölkənin balaca rəssamlarının birgə yaradıcılığını əks etdirir.
Tədbirdə Qazaxıstanın tanınmış rəsm studiyası"Art- Oner" izostusiyasının bədii rəhbəri Aygerim Aslanovanın və Azərbaycanın Beynəlxalq Uşaq Yaradıcılığı Fondunun üzvü Nərminə Vəliyevanın rəhbərlik etdiyi Artico rəsm studiyasının tələbələri iştirak edir.
Sərgidə ümumilikdə 25 gənc rəssamın əsərləri təqdim olunur. İştirakçıların yaş həddi 6-15 aralığındadır. Layihə çərçivəsində nümayiş olunan 100-ə yaxın əsər hər iki ölkənin mədəniyyətini, təbiətini və qarşılıqlı hörmətini əks etdirir. Maraqlı məqam ondan ibarətdir ki, Qazaxıstanlı uşaqlar əsərlərində Azərbaycanı, Azərbaycanlı uşaqlar isə Qazaxıstanı təsvir etmişlər.
Sərgi çərçivəsində, həmçinin, hər iki ölkənin florasını və faunasını əks etdirən moda kolleksiyası da təqdim olundu.
Sərginin açılışı Türk Dünyası Rəsim Qalereyasında baş tutdu. Sərginin açılışında Xalq rəssamlı Arif Hüseynov, Müseyib Əmirov, Siruz müəllim iştirak etmişdir. Həmçinin Beynəlxalq Rəsm Qaleriyasının direktoru Elnurə İsgəndərova iştirak etmişdir. Qonaqlar sırasında ölkəmizdə Qazaxıstan Səfirinin Mədəni-Humanitar məsələlər üzrə Attaşesi Temirlan Bahıtcan iştirak etmişdir
Bu layihə Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, uşaqlar arasında yaradıcılığın inkişaf etdirilməsi və qarşılıqlı tanıtımın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.























Müxbir; Aygün Oqtay
XeberTıme.az