Oktyabrın 26-da Beynəlxalq Qalereya növbəti dəfə incəsənətsevərləri bir araya gətirərək, Halloween bayramına həsr olunmuş onlayn sərgi təşkil etdi. Layihənin təşəbbüskarı və rəhbəri Aygün Əzizovanın təşkilatçılığı ilə baş tutan bu tədbir, müxtəlif ölkələrdən olan rəssamları bir araya gətirməklə yanaşı, Azərbaycanlı sənətkarların yaradıcılıq potensialını beynəlxalq səviyyədə nümayiş etdirmək məqsədi daşıyırdı.Sərgidə Şəhanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, Kürdəmir Mədəniyyət Mərkəzinin müəllimi Yenigül Həsənova, eləcə də istedadlı rəssamlar Ayşən Şavruqova, Günəş Allahverdiyeva və Məleykə Eyvazova tələbələri ilə birlikdə iştirak edirdilər. Sərginin fəxri qonaqları xəbərtaym portalının rəhbəri Yeganə Telmanqızı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Sevinc Hacıyeva idi.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq Halloween bayramının tarixi kökləri, simvolikası və incəsənətdəki yeri haqqında maraqlı məlumatlar təqdim etdi. Bildirdi ki, Azərbaycan rəssamları beynəlxalq platformalarda öz sözünü deməyə qadirdir və onların yaradıcılığı qlobal mədəniyyətin ayrılmaz hissəsidir.
Halloween mövzusuna həsr olunmuş bu tədbir, rəssamların fərdi baxış bucağını və yaradıcılıq üslubunu əks etdirən əsərlərlə zənginləşdirildi. Sərgidə nümayiş olunan əsərlər Halloween mövzusunu müxtəlif texnika və yanaşmalarla əks etdirərək, tamaşaçılara həm estetik zövq, həm də mədəni zənginlik bəxş etdi. Rəssamların təqdim etdiyi işlər qorxu, fantaziya, simvolizm və rənglərin dili vasitəsilə bayramın ruhunu canlandırdı. Bu əsərlər həm vizual cəhətdən cəlbedici, həm də məzmun baxımından dərin idi. Qonaqlar sərgi boyunca nümayiş olunan əsərlərlə tanış olaraq, gənc rəssamların yaradıcılıq bacarıqlarını yüksək qiymətləndirdilər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar Halloween temalı xüsusi hədiyyələr təqdim olundu. Sərgi xatirə fotoları ilə yadda qalan bir günə çevrildi və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.







Beynəlxalq Qalereyada keçirilən “Halloween”bayramına həsr olunmuş sərginin video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik:
Müxbir: Aygün Oqtay
Fotoqraf: Ayaz