SON DƏQİQƏ

İohan Sebastyan Baxın Almaniyada iki naməlum əsəri tapıldı

Tarix:19-11-2025, 10:17

Dahi alman bəstəkarı İohan Sebastyan Baxın iki naməlum əsəri aşkar edilib.
XeberTıme.az  "Bild" nəşrinə istinadən xəbər verir ki, Leypsiqdəki Bax arxivinin mütəxəssisləri əlyazmaların, böyük ehtimalla, bəstəkarın ilk əsərləri olduğunu bəyan ediblər.
Baxın tapılan əsərləri Leypsiqin Müqəddəs Tomas kilsəsində ifa olunub. Aşkar edilən musiqi nümunələri ilk dəfə Baxın ölümündən 275 il sonra ifa edilib.
Almaniyanın mədəniyyət naziri Volfram Veymer tapılan əsərləri "dünya miqyaslı sensasiya və musiqi dünyası üçün parlaq bir hadisə" kimi dəyərləndirib.
Əlyazmalar hələ 1990-cı illərdə aşkarlanıb, lakin onların müəllifi indiyədək qeyri-müəyyən olaraq qalırdı. 

XeberTıme.az






FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ