SON DƏQİQƏ

“Bayquş gəldi, yaxud biraz məhəbbətdən danışaq” tamaşanın premyerası keçirilib- FOTOLAR

Tarix:23-11-2025, 17:35

XeberTıme.az xəbər verir ki, 21-22 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Bayquş gəldi, yaxud biraz məhəbbətdən danışaq” əsəri əsasında hazırlanan tamaşanın premyerası keçirilib. 
 
Səhnə əsəri Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağll Mədəniyyət Nazirliyinin Tədbirlər planı çərçivəsində, dövlət sifarişi ilə hazırlanıb.
 
 
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Sahib Əhmədovdur. Tamaşanın geyim üzrə rəssamı Günay Hidayətova, işıq üzrə rəssamı Rəfael Həsənov, musiqi tərtibatı Ənvər Sadıqov, rəqslərin quruluşu Lalə Hacıyeva, rejissor assistenti isə Ceyran Başarandır.
 
 
Tamaşada  xalq artistləri Nurəddin Mehdixanlı (Cavanşir), Mehriban Zəki (Zəhra), Sabir Məmmədov (Əkrəm), Əli Nurzadə (Şamil),  əməkdar artistlər Mətanət Atakişiyeva (Suğra),   Ayşad Məmmədov (Kamil), aktyorlar Elnur Qədirov (Vasif), Nigar Güləhmədova (Nailə), Rada Nəsibova (Nazilə),  Məhsəti Tahirzadə (Qız), Rüstəm Rüstəmov (Zöhrab),   Elçin Nurəliyev, Əliulla Vəliyev (Aktyor), Kənan Hüseynov, Rəvan Səmədov (Operator) iştirak edirlər.
 
 
Tamaşanın qəhrəmanları ömürlərinin yarısını yaşamış olsalar belə, hələ də çatmadıqları məhəbbəti axtarırlar. Ailə sahibləridirlər, bəzilərinin hətta yetkinlik yaşına çatmış övladları da var. Amma məhəbbət yoxdur... İş var, karyera var, cəmiyyətdə hörmət var, hətta ətrafdakılar onlara həsəd də aparır. Amma məhəbbət yoxdur...
 
Heç bir hörmət, maddi rifah məhəbbəti əvəz etmir. Hətta anlayırlar ki, məhəbbət göz yaşları gətirir. Amma yenə də onu axtarır, ona doğru can atırlar. Və bu axtarışda ailələr dağılır, faciələr baş verir.
 
Bayquş əsasən xarabalıqda peyda olur. Ya da lap qədimlərdə deyildiyi kimi bədbəxtlik gətirir. Demək, bu yaşayış məntəqəsi gələcəkdə xarabaya çevrilə bilər.




XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ