Yazıçı-publisist Pərvanə Mehmanqızının yeddinci kitabı işıq üzü görüb.
28 noyabr 2025-ci il tarixində AYB-nin, AJB-nin üzvü, yazıçı-publisist Pərvanə Mehmanqızının “Vətən Şəhidi” adlı kitabının növbəti təqdimatı bu dəfə Nərimanov rayonu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilib. Tədbirdə şəhid anaları, ataları, Qarabağ qaziləri, Pərvanə xanımın ailə üzvüləri, bir sıra media nümayəndələri, Elm Təhsil Nazirliyinin elmi mətbuat orqanı olan “Peşə Təhsili İnsan Kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev, jurnalist, “Təzadlar” qəzetinin redaktor müavini Elçin Məmmədli, Psixoloq Sevda Əliyeva, “Milli Qəhrəmanlar Tanıtma” İctimai Birliyinin Nəriman rayon təşkilatının sədri, Azərbaycanın Milli Qəhrəmanı Ədhəm Məmmədov, “Demokratik Qadın Hüquqlarının Müdafiəsi” Mehriban Abdullayeva, “Sahibkar Qadınlar” birliyinin sədr müavini, jurnalist Yasəmən Möhübbət qızı, İctimai Nəzarət televiziyanın ictimai nəzarət təşkilatının rəhbəri Şahvalət Əsgərov, Milli Məclisin Gəncə xəbər portalının rəhbəri Dəniz Əlizadə və digər ziyalılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün azadlığı uğrunda haqq savaşında şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra söz natiqlərə, şəhid ailə üzvülərinə, media nümayəndələrinə verilib. Çıxış edənlər qələm dostumuz, zəhnətkeş və istedadlı yazar Pərvanə xanımın “Vətən Şəhidi” adlı kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik ediblər, ona yeni-yeni yaradıcılıq uğurlar arzulayıblar.
Yazıçı-publisist Pərvanə Mehmanqızı tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə, müharibə iştirakçılarına can sağlığı diləyib.
Sayça yeddinci kitabının işıq görməsi haqqında içtirakçılarına məlumat verib.“Nə xoş ki, qələmim illərdi şəhidlərdən, qazilərdən, Vətənimdən yazır. Şəhidlərimiz ən ali qürur mənbəyimizdir. Şəhidlərimiz hər an bizim qəlbimizdədir!”
Xatırladaq ki, “Vətən Şəhidi” kitabı Vətən müharibəsində qanı ilə tarix yazaraq 18 yaşında şəhadə ucalan Məhərrəmov Fərid Asif oğlundan bəhs edir. Kitabda şəhidin ailə üzvülərinin, ona dərs deyən müəllimlərin, dostlarının, döyüş yoldaşlarının xatirələri yer alıb. Kitab 130 səhifədən ibarətdir.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq yazar Pərvanə Mehmanqızının yeni “Vətən Şəhidi” adlı kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edirik, ona sağlam həyat, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 
