SON DƏQİQƏ

Sumqayıtda unudulmaz musiqi axşamı!

Tarix:2-12-2025, 13:54

XeberTıme.az Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin facebook səhifəsinə istinadən xəbər verir ki, dekabrın 1-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri Sumqayıt “Kimyaçı” Mədəniyyət Sarayında möhtəşəm qastrol konserti ilə çıxış edərək şəhərin musiqi həyatına rəng qatdı.Azərbaycan və dünya kinosunun sevilən ekran əsərlərinə bəstələnmiş musiqilər səhnədə kino estetikasının canlı ifa ilə sintezini yaratdı. Tamaşaçılar bir anlıq zamanın müxtəlif dövrlərinə səyahət etdi, nostalji və yüksək estetik duyğular bir araya gəldi.
Orkestrin peşəkarlığı, dinamik ifası və səhnə mədəniyyəti hər bir əsərə özünəməxsus ovqat bəxş edərək salonu alqış sədaları ilə doldurdu.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan və nazirliyin nəzdindəki bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə genişmiqyaslı qastrol səfərləri 2025–2026-cı illər ərzində həyata keçiriləcək.
 
Layihənin məqsədi:
 
• regionların mədəni həyatını canlandırmaq
• gənclərin asudə vaxtını daha səmərəli təşkil etmək
• yaradıcı kollektivlər arasında ünsiyyət və təcrübə mübadiləsini gücləndirmək.




XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ