SON DƏQİQƏ

“Heydər Əliyev: Xatirə və Dəyərlər” adlı tədbir keçirilib-FOTO

Tarix:12-12-2025, 22:01

11.12.2025-ci il tarixində Qobu qəsəbə Mədəniyyət müəssisələrinin və Ağsaqqallar Şurasının üzvlərinin birgə iştirakı ilə 12 Dekabr – Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev: Xatirə və Dəyərlər” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyev, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin inkişafı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edilib. Bildirilib ki, Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik liderlik keyfiyyətləri bu gün də müstəqil Azərbaycanın inkişaf yolunun ideya əsasını təşkil edir. Tədbirin davamında Prezident təqaüdçüsü, Birinci Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, Hacı Ramiz Məmmədov çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. O, Heydər Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqət və qayğının Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında həlledici rol oynadığını vurğulayıb. Sonda “Heydər Əliyev irsi” mövzusunda təşkil olunan kitab sərgisinə baxış keçirilib. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablar iştirakçılara təqdim olunub.


XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ