Bestfm.az radiosu yenidən dinləyicələrinin ixtiyarına verilib.
Bu münasibətlə Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədovun təşkilatçılığı ilə 19.12.2025-ci il tarixində tədbir keçirilib.Əvvəlcə Azərbaycanın suverenliyinin bərpa olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın Dövlət himni səsləndirildi.
Bestfm.az radiosunun direktoru qonaqları salamlayan Aqil Məmmədov qonaqları salamladı və ilk söz Vətən müharibəsinin şəhidi Namiq Quliyevin atası Natiq Quliyevə verildi. Qarabağ qazisi Ruxsarə Bayramqızı Bestfm radionun bütün əməkdaşlarını və tədbirin qonaqlarını təbrik etdi.
Tədbirdə iştirak edən bir sıra media nümayəndələri, qonaqlar, dostlar Bestfm.az radiosunu sevərləri yenidən dinləyəcələrin ixtiyarına verilməsi üçün təbriklərə qoşuldular.
Tədbirdə iştirak edən incənət nümayəndələri bir-birindən rəgarəng mahnılar ilə çıxış etdilər.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədov başda olmaqla Bestfm.az radiosu ailəsinə uğurlar, bol-bol dinləyici sevgisi arzulayırıq.
Tədbirin aparıcısı jurnalist, teleaparıcı Aynur Nadir qızı idi.
Şəkillər fotomüxbir Ramin Qurbanova məxsusdur.
Yeganə Telmanqızı
XeberTıme.az
























































