TAR MUSİQİ ALƏTİNDƏ POZİSİYA PROBLEMLƏRİ POSITION PROBLEMS IN THE TAR MUSICAL INSTRUMENT
Ruslan Tağıyev1
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbi.
Azərbaycan Orcid id: 0009-0000-5819-6702
Özet
Makalede, Azerbaycan’ın kadim müzik çalgılarından biri olan tar çalarken oluşturulan pozisyonlar ele alınmaktadır. Tar müzik çalgısının, Azerbaycan halkının manevi değerlerinden biri olduğu ve kuşaktan kuşağa aktarılarak günümüze kadar ulaştığı belirtilmektedir.
Bilindiği üzere XIX. yüzyıla kadar olan dönemlerde tar çalgısındaki müzik örnekleri sözlü gelenek yoluyla öğrenilmiş ve icra edilmiştir. Bu durum, tar çalgısının dünya müzik çalgılarıyla eş düzeyde gelişmesini; ayrıca millî bestecilik okulunun ve halk çalgıları orkestrasının oluşumunu belirli ölçüde sınırlamıştır. Bu sorunların aşılması amacıyla ilk adımlar, büyük besteci Üzeyir Hacıbeyli tarafından atılmıştır. Nitekim 1925 yılında Ü. Hacıbeyli, tar çalgısının nota ile öğretilmesi için “Tar Sanatının Programı”nı hazırlamış ve bu program temelinde öğrenciler (örneğin, Said Rüstamov) yetiştirmiştir. Daha sonra bu program, Ü. Hacıbeyli’nin tavsiyesiyle Said Rüstamov tarafından 1935 yılında “Tar Okulu” adıyla ders kitabı olarak yayımlanmıştır. Günümüzde müzik okullarında yaygın biçimde kullanılan bu kaynak, tar çalgısında pozisyon icrasının temelini oluşturmaktadır.
Makalede ayrıca, tar çalgısında kullanılan pozisyonların doğru biçimde düzenlenmemesi sorunu gündeme getirilmiş ve bu alandaki mevcut eksiklikler ayrıntılı olarak incelenmiştir. Araştırma kapsamında pozisyonlara yönelik yazılmış parmak egzersizleri karşılaştırmalı olarak ele alınmıştır. Yapılan incelemeler sonucunda, sunulan pozisyonlar ile parmak egzersizlerinin birbiriyle örtüşmediği; pozisyonların üç telde (kök, sarı ve beyaz tel)
-----------------------------------------------------------------------------------------------------------
gösterilmesine karşın, egzersizlerin yalnızca iki telde (sarı ve beyaz tel) icra edildiği tespit edilmiştir.
Ayrıca, 1935 tarihli “Tar Okulu” ders kitabında yer alan ve tar pozisyonlarının keman pozisyonları esas alınarak oluşturulduğu görüşü temel alınarak, her iki çalgının akort sistemleri, pozisyon anlayışları ve parmakların işlevleri karşılaştırmalı biçimde incelenmiştir. Araştırma sonucunda, bu çalgıların farklı akort sistemlerine, pozisyon yapılarına ve parmak yerleşim biçimlerine sahip olduğu ortaya konulmuştur.
Anahtar Kelimeler: Said Rüstəmov, Tar Okulu, pozisyon, makale, ders kitabı
Abstract
This article examines the concept of positions formed on the basis of the tar, one of Azerbaijan’s ancient musical instruments. It is emphasized that the tar is among the spiritual and cultural values of the Azerbaijani people and has been transmitted from generation to generation up to the present day.
It is known that until the nineteenth century, musical works performed on the tar were taught and transmitted orally. This situation created certain obstacles to the development of the tar on an equal level with other world musical instruments, as well as to the formation of the national school of composition and the orchestra of folk instruments. In order to gradually eliminate these problems, the first significant steps were taken by the great composer Uzeyir Hajibeyli. In 1925, Hajibeyli prepared the “Program of the Art of Tar” to introduce notation- based instruction for the tar and successfully trained students on this basis (among them, Saeid Rustamov). Later, upon Hajibeyli’s recommendation, Saeid Rustamov published this program in 1935 as a textbook entitled “Tar School.” To this day, this textbook has been widely used in music schools, and the performance of positions on the tar is largely based on this instructional material.
The article also highlights the issue of the improper organization of positions on the tar and provides a thorough analysis of existing gaps in this field. Within the scope of the study, finger exercises written for these positions are examined comparatively. The research reveals that the presented positions do not correspond fully with the finger exercises: while the positions are shown on three strings (the main, yellow, and white strings), the exercises are performed only on two strings (yellow and white).
Furthermore, based on the idea stated in the 1935 “Tar School” textbook that tar positions were developed on the model of violin positions, the tuning principles, positional systems, and finger functions of both instruments are compared and analyzed. The study
demonstrates that the tar and the violin differ significantly in their tuning systems, positional structures, and finger placement techniques.
Keywords: Said Rustamov, Tar School, position, article, textbook
Bir sıra musiqi alətlərində olduğu kimi “Tar” musiqi alətinində də ifa keyfiyyətini inkişaf etdirmək üçün müəyyən məşqələlərə üstünlük verilir: qamma, etüd və s. Lakin bu məşqələlərlə yanaşı tar musiqi alətinin qolu boyunca yuxarı və aşağıya (zilə və bəmə) doğru hərəkət zamanı, mövcud olunan bütün gedişləri bilmək lazımdır. Bunun üçün tar musiqi alətində pozisiya anlayışına bir qədər də aydınlıq gətirilməsinə ehtiyac vardır. Çünki sözü gedən alət üçün 1925-ci ildə Üzeyir Hacıbəyli tərəfində tərtib edilmiş və daha sonralar 1935-ci ildə isə Səid Rüstəmov tərəfində təkminləşdirilərək çap edilmiş “Tar məktəbi” dərsliyində mövcud pozisiya anlayışı bir qədər anlaşılmaz formada izah edilmiş və bugünki dövrdə də tar alətinin texniki imaklarının inkişaf etdirilməsidə muasir tələblərə tam cavab vermir.
İlk olaraq pozisiya sözünün mənasını aydınlaşdırmağa çalışaq: “Pozisiya” latın sözü olub çoxmənaya malik olan sözlər qurupuna aidir. Bu söz, həm bir şeyin fiziki olaraqq yerləşdiyi yeri, həm də bir mövzu haqqında tutulan fikri ifadə edə bilər. Məsələn, hərbi mövqe, şahmat fiqurunun mövqeyi, bir mövzu haqqındakı fikir, instrumental alətdə barmaqların yeri və ya əllərin müəyyən vəziyyəti və s. kimi kontekstlərdə istifadə olunur.
Səid Rüstəmov Tar məktəbi dərsliyində də pozisiya anlayışını barmaqların vəziyəti kimi qeyd edir. Lakin burada barmaqların vəziyyəti tam olaraq simdən-simə keçidlərdə yalnız sarı və ağ simdə müəyyən qədər özünü göstərə bilir. Kök simdə isə bu vəziyyətin yetəri səviyyədə yerinə-yetirilməsi şübhə doğurur. Demək olar ki, tar musiqi alətində bir qədər mükəmməl surətdə təşkil edilmiş pozisiyalardan yalnız birinci pozisiyanı adını qeyd etmək olar (Nümunə 1) [Rüstəmov, 1994; Rüstəmov, 1985: 19].

Yerdə qalan digər səkkiz pozisiyalarda isə bu dolğunluğa rast gəlinmir və bəhs edilən pozisiyalarada isə kifayət qədər boşluqlar mövcuddur. Məsələn “Tar məktəbi” kitabında pozisiyanın doqquz növünün olduğu qeyd edilsədə, bəzi məşqələlərdə isə onun onuncu növünə də rast gəlinir. Məsələn 1966 və 1994-cü illərin “Tar məktəbi” kitablarında təqdim edilmiş 144 nömrəli məşqələdə onuncu pozisiya barədə məlumat verilir. (Nümunə 2) [Rüstəmov, 1966:78, Rüstəmov, 1994: 76]. Adları çəkilən pozisiyalar aşağıdakı kimi təqdim edilmişdir.

Göründüyü kimi müəllif, nümunə 2-də onuncu pozisiyanın mövcudduğunu birinci barmağn II oktavanın “fa” notu üzərinə qoyulması ilə izah etməyə çalışır. Yəni birinci barmaq əgər hər hansı notun üzrəində qoyulursa demək oradan müəyyən pozisiya başlanır. Belə olduğu halda onda doqquzuncu pozisiyada birinci barmaqın sürüşdürülərək ikinci oktavanın fa notunun üzərinə qoyulması nə anlamına gəlir? Digər tərəfdən bu oxucuda onuncu pozisiyanın yalnız ağ simə aid olması təsüratını yaradır. Yəni onuncu pozisiya yalnız ağ simdə ifa edilə bilər digər simlərdə isə yəni, kök və sarı simlərdə bu pozisiyanı ifa etmək mümkün deyildir. Eyni zamanda onuncu pozisiya haqqında izah edilmiş şəkildə ayrıca olaraq məlumat verilmir və sözü gedən pozisiya haqqında yalnız 144-cü nümunədə qeyd formasında izahatsız şəkildə məlumat verilmişdir. Onu da vurğulamaq lazımdır ki, altıncı, yeddinci, səkkizinci və doqquzuncu pozisiyalar barədə ayrıca olaraq izahatlı şəkildə məlumat verildiyi halda nədənsə onuncu pozisiya barədə səti olaraq məlumat verilmişdir. Bu kimi hallar da tar musiqi alətində pozisiya anlayışının mükəmməl şəkildə təşkil olunmamasından xəbər verir.
Eyni zamanda “Tar məktəbi” dərsliyində ikinci pozisiyadan başlamış doqquzuncu pozisiyaya qədər göstərilmiş pozisiya məşqələlərində simdən-simə keçidlər yalnız sarı və ağ simdə həyata keçirilib. Kök simdən sarı simə keçidlər isə göstərilməyib. Halbuki pozisiyanın yazılışında kök simin notlarına rast gəlinir. Yalnız məşqələlər zamanı bu ardıcıllıqlar nədənsə nəzərə alınmayıb. Həmçinin burada qamma və etüd məşqələlərinin ifasında da kök simdən ağ simə keçidlərin ən çoxu birinci pozisiyada, nadir hallarda isə ikinci və üçüncü pozisiyalarda olduğunu müşahidə edirik. Bütün bu hallar insanda, sanki musiqi alətinin işlək siminin sayının iki simdən yəni sarı və ağ simdən ibarət olması təsüratının yaradır. Kök simdən isə yalnız birinci pozisiyada yazılmış melodiyaların ifası zamanı istifadə edilir (bax nümunə 3-5) [Rüstəmov, 1994, 19-62].



Bu kimi göstərilmiş problemlər tar musiqi alətinin ifasında simdən-simə keçidlərdə çətinliklər yaradır və tar musiqi alətində tarın qolu boyunca kök simdən ağ simə keçidlərin vacib olduğunu ifaçının diqqətində yayındırır. Halbuki tar musiqi alətində pozisiyalar boyu kök simdən ağ simə qədər ardıcıllığı mükəmməl şəkildə həyata keçirdikdə alətin texniki imkanları da bir o qədər inkişaf etmiş olar.
S.Rüstəmov “Tar məktəbi” dərs vəsaitində tar musiqi alətinin pozisiyasının avropa musiqi alətləri üçün nəzərdə tutulmuş qaydaya uyğun şəkildə tərtib olduğunu aşağıdakı kimi qeyd etmişdir.
“Tar məktəbini tərtibə başlarkən mənim tələbə ikən aldığım təcrübə ilə bərabər artıq bu sahədə altı illik müəllimlik təcrübəm də var idi; bununla bərabər Avropa musiqi alətləri, xüsusən violon (yəni skripka) üçün yazılmış məktəblərin sistemasından kafi qədər istifadə
etmişəm (Mazas. Albrext, Kayzer, Volfart, Borz və s.).” [Rüstəmov, 1935: 3; Musiqişünaslığın Aktual Problemləri, 2025: 146]
Yuxarıda təqdim edilmiş mənbədən göründüyü kimi müəllif, “Tar məktəbi” dərsliyində skripka musiqi alətinin pozisiya sistemindən də istifadə etdiyini açıq şəkildə qeyd etmişdir. Lakin burada o, alətin diapazonunu, köklənmə sistemini və barmaq sayını, eyni zamanda barmaqların qoyuluşunu nəzərə almamışdır. Çünki skripka musiqi alətinin köklənmə sistemi ilə, tar musiqi alətinin köklənmə sistemi arasında nəzərə çarpacaq qədər fərq vardır. Məsələn tar musiqi alətində köklənmə zamanı ağ sim (yəni birinci işlək sim) birinci oktavanın “do”, sarı sim (ikinci işlək sim) kiçik oktavanın “sol”, kök sim (üçüncü işlək sim) kiçik oktavanın “do”, bəm sim kiçik oktavanın “sol” və zəng simlər isə birinci oktavanın “sol” və ikinci oktavanın “do” notlarına köklənir. Skripka musiqi aləti isə birinci sim ikinci oktavanın “mi”, ikinci sim birinci oktavanın “lya”, üçüncü sim birinci oktavanın “re” və dördüncü sim kiçik oktavanın “sol” notlarına köklənir. Bu fərqlilik eyni ilə barmaqların sayında və qoyuluşunda da özünü aydın şəkildə göstərir. Beləki, skripka musiqi alətində barmaqların qoyuluşunda dörd barmaqdan istifadə edildiyi halda, tar musiqi alətində isə barmaqların sayı üçə bərabərdir. Bu kimi hallar da tar musiqi alətinin qolu boyunca simdən-simə keçidlərdə ciddi əngəllər yaradır. Bunu aşağıda təqdim edilən pozisiya nümunələrində də aydın şəkildə görmək olur (nümunə 6 – 9).


Daha bir fərqli cəhət isə burada simdən-simə keçidlərdə notların sayları və ardıcıllıqlarındadır. Məsələn skripka musiqi alətində birinci pozisiyanın notları kiçik oktavanın “sol” notundan ikinci oktavanın “si” notuna qədər ardıcıl olaraq ifa edilir. Burada notların ümumi sayı iyirmiyə bərabərdir. Lakin ifa zamanı dördüncü barmaqa düşən açıq simləri nəzərə almasaq notların sayı on yeddi olacaqdır. İfa zamanı dörd barmaqların qoyuluşuna və açıq simlərin ifasına xüsusi diqqət yetirilir. Tar musiqi alətində isə birinci pozisiyanın notları kiçik oktavanın “do” notundan birinci oktavanın “fa” notuna kimi ardıcıl olaraq ifa edilir və notların ümumi sayı on ikidir. Lakin sarı simdə üçüncü barmaqa düşən açıq simi nəzərə almasaq onda notların sayı on bir olacaqdır.
Skripka musiqi alətində ikinci pozisiya, kiçik oktavanın “si” notundan üçüncü oktavanın “do” notuna kimi on altı ədəd notlar ardıcıl olaraq ifa edilir. Tar musiqi alətində isə ikinci pozisiya, kiçik oktavanın “mi” motundan doqquz ədəd notlar ardıcıl olaraq birinci oktavanın “sol” notuna kimi ifa edilir. Lakin burada kök simdən sarı simə keçid edilən zaman ardıcıllıq bir qədər pozulur. Beləki, kök simdə üçüncü barmaqı kiçik oktavanın “sol” notuna qoyduqdan sonra, sarı simdə kiçik oktavanın “si” notuna birinci barmaqın qoyulması artıq ardıcıllıq prinsipinin kobud sürətdə pozulmasından xəbər verir. Bu da tar musiqi alətində kök simdən sarı simə keçiddə müəyyən boşluqlar yaradaraq ciddi nöqsanlara səbəb olur. Onu da qeyd edək ki, skripka musiqi alətində on iki pozisiyanın hər birində (birinci pozisiyanın nəzərə almasaq) dörd simlərdən geniş istifadə edilərək ardıcıl olaraq qırılmada on altı notlar ifa edilir. Tar musiqi alətində isə doqquz pozisiyanın (birinci pozisiyanı nəzərə almasaq) hər birində doqquz notlar yuxarıda göstərildiyi kimi qismən ardıcıl olaraq ifa edilir. Bu da alətin ifasında simdən-simə keçidlərdə ciddi boşluqlar yaradır.
Beləliklə, yuxarıda aparılmış tədqiqat zamanı aşkarlanan bütün bu nöqsanlar onu deməyə əsas verir ki, tar musiqi aləti əsasında yazılmış “Tar məktəbi” dərs vəsaitində pozisiya sistemi yetəri səviyədə təşkil olunmamış və pozisiyanın yenidən işləyərək sözü gedən dərs vəsaitinə əlavə edilməsinə ehtiyac vardır.
Ədəbiyyat
- Rüstəmov S.Ə. (1994). Tar məktəbi. Bakı. Şur. Nəşriyyatı. - 144 s.
- Rüstəmov S.Ə. (1966). Tar məktəbi. Bakı. Azərbaycan dövlət Nəşriyyatı. – 150 s.
- Rüstəmov S.Ə. (1935). Tar məktəbi. Azərbaycan Musiqisini öyrənən elmi kabinənin nəşriyyatı Mətn köhnə latın qrafikasındadır. / S.Ə.Rüstəmov – Bakı: Azərnəşr – 119 s.
- Rüstəmov S.Ə. (1985). Tar məktəbi. Bakı: İşıq - Nəşriyyatı- 1985. 152 s.
- Musiqişünaslığın Aktual Problemləri: ənənə və müasirlik. Respubilka elmi-praktiki konfransın materialları (2025) – Bakı: Mütərcim, – 164 s.
XeberTıme.az