Yanvarın 12-də Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə baş tutan mərasimdə Vətən müharibəsi iştirakçısı Cingiz Abdullayev “Uğurlarımızla 2026-ya” Milli Mükafatı ilə təltif olunub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatıladaq ki, Çingiz Abdullayev 14 ildi televizya sahəsində operator vəzifəsində çalışır. 44 günlük Vətən müharibəsində könüllü olaraq XTQ-nın tərkibində xüsusi kəşfiyyat bölüyündə kamikaze dron idarə edib, Qalib Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran döyüşçüdür.
Abdullayev Cingiz Xəlil oğlu döyüş tapşırıqlarına layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hadrutun azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq Cingiz Abdullayevi səmimi qəlbdən təbrik edirik ona can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq.