Yanvarın 12-də Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə baş tutan mərasimdə sevilən müğənni, səsi ilə minlərlə insan qəlbinə yol tapan Mütəllim Mütəllimov “Uğurlarımızla 2026-ya” Milli Mükafatı ilə təltif olunub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatıladaq ki, sevilən, peşəkar müğənni, Mütəllim Mütəllimov ustad xanəndə, müğamlarımızın bilicisi Mütəllim Mütəllimovun nəvəsidir.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq sevimli sənətkarımız Mütəllim Mütəllimovu səmimi qəlbdən təbrik edirik ona can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq.

