Yanvarın 12-də Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə baş tutan mərasimdə Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedoqoji Kollecinin müəllimi, “Azərbaycan Respublikası qabaqcil təhsil işçisi” döş nişanlı Rəsmiyyə Mahmudova “Uğurlarımızla 2026-ya” Milli Mükafatı ilə təltif olunub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni irsin təbliğində fəal iştirak edən media nümayəndələri təltif olunub. Tədbir, həmçinin gənc istedadların tanıdılması və onların gələcək fəaliyyətlərinə stimul verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatıladaq ki, Rəsmiyyə Mahmudova 20 ildən çoxdur ki, rəssamlıq və pedoqoji fəaliyyətlə məşgüldür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür eyni zamanda “RM art” studionun direktorudur. Azərbaycan rəssamlıq məktəbinə bir sıra rəssam müəllimlər yetişdirib. Saysız-hesabsız şəhid, qazi portretlərinin müəllifidir.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq Rəsmiyyə xanımı səmimi qəlbdən təbrik edirik, ona can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq.









