Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli UİM-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.
XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda haqq savaşında şəhadətə ucalan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad edilib.
Tədbirdə nəzəriyyə şöbəsinin müəllimi Yeganə Hüseynova faciə barədə şagirdlərə ətraflı məlumat verib. Məktəbin tar tarixi müəllimi Rasim Hüseynov və şagirdlər də tədbirdə çıxış ediblər. Daha sonra şagirdlər rəssamlıq şöbəsinin şagirdlərinin rəsm işləri ilə tanış olublar.




XeberTıme.az