SON DƏQİQƏ

Sevilən müğənni Ülkər Sadıxova məşhur mahnıya yeni nəfəs gətirdi-FOTO

Tarix:24-01-2026, 03:14

Sevimli müğənni Ülkər Sadıxova dillər əzbəri olan “Səni əvəz eləmir” mahnısına yeni nəfəs gətirib. Ülkər xanım bu mahnını ilk dəfə “Lava” ailəvi məkanında ifa edib və mahnı qonaqların alqışları ilə qarşılanıb.Xatırladaq ki, Ülkər Sadıxova tanqo və estrada janrında oxuyan müğənnidir. Repertuarında isə əsasən şanson mahnılara yer verir.

“Səni əvəz eləmir” mahnısının sözləri Sabir Rüstəmxanlının, musiqi Gülər Həsənovanındır. Mahnının ilk ifaçısı 1996-cı ildə  Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayev olmuşdur.


 

Yeganə Telmanqızı 
XeberTıme.az 
 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ