SON DƏQİQƏ

Beynəlxalq Təhsil Günü: Rəssamların onlayn sərgisi-FOTO\VİDEO

Tarix:25-01-2026, 11:47

Beynəlxalq Təhsil Günü münasibətilə təşkil edilən genişmiqyaslı onlayn sərgi uğurla yekunlaşıb. Sərgi həm yerli, həm də xarici rəssamlar tərəfindən böyük maraqla qarşılanıb.  Sərgi təkcə yerli rəssamlar deyil, həm də müxtəlif xarici ölkələrin sənət nümayəndələrinin diqqət mərkəzində olub. Onlayn format sayəsində dünyanın müxtəlif guşələrindən izləyicilər rəssamların işləri ilə tanış olmaq fürsəti qazanıblar. Ümumilikdə sərgi çərçivəsində ölkəmizdən 50-yə yaxın peşəkar və həvəskar rəssamın əsərləri sosial media platformalarında yayımlanaraq geniş auditoriyaya təqdim edilib.Beynəlxalq Qalereya, Sabrino ART Qalleri, Vörld Art Klub və "Abşeron" Gənclərin İnkişafı İctimai Birliyinin birgə tərəfdaşlığı ilə reallaşan layihənin Azərbaycandan olan iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq, sərginin yaradıcı gənclərin inkişafındakı rolunu vurğulayıb və rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Elnurə İsgəndərova bildirib ki, incəsənət təhsilin ən ali formalarından biridir. Bu onlayn platforma rəssamlarımıza sərhədləri aşaraq öz istedadlarını dünyaya nümayiş etdirmək imkanı yaratdı. Sevindirici haldır ki, Azərbaycan rəssamlarının əsərləri beynəlxalq səviyyədə böyük maraqla qarşılanır.
Mərasimdə çıxış edən qonaqlar belə rəqəmsal layihələrin mədəniyyətlərarası mübadilə və təhsilin təşviqi baxımından əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu cür layihələr gənc rəssamların motivasiyasını artırır və onlara beynəlxalq sərgilərdə iştirak üçün təcrübə qazandırır.



Beynəlxalq Qalereyada keçirilən rəssamların “Beynəlxalq Təhsil Günü”nə həsr olunmuş  onlayn sərginin video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik:   




Xebertime.az 
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ