SON DƏQİQƏ

"Hisslərin rəngi" adlı sərgi keçirilib-FOTOLAR+VİDEO

Tarix:29-01-2026, 22:54

28.01.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Shatu Art Qrupunun, kurator Turan İlhamın təşkilatçılığı ilə  "Hisslərin rəngi" adlı sərgi keçirildi. 
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi nəzdində Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzində Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova fəxri qonaq olaraq xüsusi qayğıya ehtiyacı olan gənclərin sərgisində iştirak etdi. Onlara yaradıcılıq uğurları  arzuladı.
 
Sərgidə autizmli və daun sindromlu uşaqların rəsm nümayiş etdirildi.
 
Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hossam Eldin Reda sərginin açılışını etdi. Mərkəzin müdiri Tarek Mohammad qonaqları salamlayaraq onlara öz dərin təşəkkürünü bildirib.
 
Səfir cənab Hossam Eldin Reda belə bir tədbirin təşkilinin sağlamlıq məhdudiyyətli uşaqlara dəstək olunduğu üçün məmnun qaldığını dönə-dönə vurğulamışdır.
 
Tədbirin sonunda səfir fəal iştirakçılara və dəstək verənlərə xüsusi təşəkkürnamələr təqdim edilərək, onların töhfələri qiymətləndirilib.
 
Hisslər və duyğular tez-tez müəyyən rənglərlə assosiasiya olunur, bu da onların insan psixikasına təsirini əks etdirir. 



 


Müxbir: Aygün Oqtay
Fotoqraf: Mahir Əhmədov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ