SON DƏQİQƏ

YANAR SAAT- Anar Vaqifoğlunun təqdimatında-FOTO

Tarix:1-02-2026, 20:24

Dünya TV-nin efirində sevimli teleaparıcı Anar Vaqifoğlunun təqdimatında yayımlanan “Yanar Saat” proqramında sənət, söz və yaradıcılıqdan söhbət açıldı.Verilişdə bir-birindən maraqlı çıxışlar tamaşaçılara xoş ovqat bəxş etdi. İllərdir sənətdə öz sözünü deyən müğənni Tural Qismət ifaları ilə, söz ustadı, meyxanaçı Elşən Balaxanlı isə məzmunlu meyxanaları ilə proqramı daha da rəngarəng etdilər.
 
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Aslan Fətullayev yaradıcılıq yolu və əldə etdiyi uğurlardan danışdı.
 
Verilişin qonaqlarından biri, AJB-nin üzvü, pedaqoq və jurnalist Yeganə Telmanqızı pedaqoji fəaliyyəti, jurnalist peşəsində qazandığı uğurlar, eləcə də qələmə aldığı yazıların mövzuları barədə fikirlərini bölüşdü.
 
Anar Vaqifoğlunun təqdimatında yayımlanan “Yanar Saat” proqramı səmimi, maraqlı və pozitiv ovqatla tamaşaçıların yaddaşında qaldı.   



Sizlərə sayıtımız vasitəsi ilə “Yanar Saat” verlişinin tam videosunu təqdim edirik.


 


Yeganə Telmanqızı 
  XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ