Müjgan Məmmədli-Əslində uşaqlıq illərimdən müəllim peşəsinə qarşı xüsusi bir sevgim var idi.
Müsahibimiz istedadlı gənc xanım Müjgan Eldar qızı Məmmədlidir.
Cəmi 26 yaşında olmasına baxmayaraq, Müjgan xanım artıq bir çox uğurlara imza atıb. Onun əldə etdiyi nailiyyətlər bitib-tükənmir. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 2 Fevral – Gənclər Günü münasibətilə “İlin fəal gənci” adına layiq görülməsi də bunun bariz nümunəsidir. Dəfələrlə beynəlxalq sertifikatlara, diplomlara və fəxri fərmanlara layiq görülmüşdür.



2025-ci ildə WhatsApp, İntagram, TikTok, Facebook platformalarında “MUSİQİLİ AN” kollektivini yaratmışdır. Hal-hazırda bütün platformalarda və hətta onlayın-oflayn da fəaliyyət göstərən “MUSİQİLİ AN” yaradıcılıq kollektivinə çevrilib. Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi məqsədilə 2025–2026-cı illərdə keçiriləcək attestasiyaya minlərlə müəllim bu qrup vasitəsilə hazırlaşmışdır.
Nəticələr mükəmməl olmuş, xeyli müəllim imtahanları uğurla keçmişdir. Bununla yanaşı, ali məktəblərin qabiliyyət imtahanlarına, həmçinin DİM və MİQ üzrə hazırlaşan müəllimlər bu qrupda hazırlaşaraq yüz faizlik nəticələr əldə etmişlər.
Müjgan Məmmədli “XeberTıme.az” İnformasiya Portalına müsahibəsində bildirdi:
- Yeganə xanım sizi görmək, müsahibiniz olmaq mənə xoş oldu və bu mənə bir zövq verdi. Vaxt darlığından bu müsahibə bir az ləngidi, amma bu anı səbrsizliklə gözləyirdim. Müsahibəmdə dediz ki, “heç ağlına gələrdi nə zamansa müəllimlərin müəllimi olacaqsan?” Mən təhsil illərində hər zaman öz üzərimdə işləyən tələbə olmuşam. Və tələbəlik illərində bir sıra elmi məqalələrimlə beynəlxalq, respublika konfranslarında çıxış etmişəm. Azərbaycanın yüksək ixtisaslı müəllimlərindən, professorlarından təhsil almışam. Bakalavr və magisratura təhsillərimi uğurla başa vurmuşam. Mənə hər iki fərqlənmə diplomunu görkəmili musiqi xadimi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin təqdim etməyi qürur verdi. Bu artıq uğrun başlanğıcı demək idi...
Bu gün sahib olduğum biliklərə görə ailəmə, müəllimlərimə borcluyam. Anam mənim idealım olan bir insandır. Ailədə iki övladıq və mən ailənin böyük övladıyam. Valideyinlərimiz bizi təhsilli, tərbiyəli və nümunəvi övladlar kimi böyüdərək cəmiyyətə qazandırıblar. Qardaşım bakalavr və magistratura pillələri üzrə ali təhsili almış və hər iki təhsili fərqlənmə diplomu ilə bitirmişdir. Biz hər kimiz valdeynlərimizin əsəriyik!
Müjgan xanım deyirsiz “MUSİQİLİ AN” kollektivi sizdə istək olaraq yarandı. Qrup yaratmaqla sizin uşaqlıq arzularınız gerçəkləşdi.
– Bəli “MUSİQİLİ AN” adlı yaradıcı kollektiv yaratmağı xəyal edirdim. “MUSİQİLİ AN” uşaq xəyallarımda doğulan, səslə qurulan bir dünyadır. Yeganə xanım 2025-ci ilin ilk günü yanvarın1-də uşaqlıq illərimdən düşündüyüm bir ideyanı yeni il, yeni ideya həyata keçirtdim. WhatsApp qrupu üzərində onlayn “MUSİQİLİ AN” kollektivini açdım və bu qrup üzərində mindən çox müəllimə bəhrələndi. Nəticələrimiz göz önündə qrupumda atestasiyada 5+ alan müəllimlərin sayı çoxdur, siz özünüz şahidsiz ki, kifayət qədər müəllimlər (2000-nə yaxın müəllim) bu qrup üzərində keçirilən dərslərdən yararlandılar və hal-hazırdada hazırlıqlarımız davam edir. Mənimlə çiyin-çiyinə vaxtı ilə tələbəm olan qızlar indi bu qrupda müəllimə olaraq çalışırlar. Nəzərinizə çatdırım ki, kollektivizimizdə çox savadlı, uzun illərin təcrübəli müəllimləri də var. Onlardan Mahirə Tabıyeva (violin aləti üzrə), İnci Rəhimova (metidika), Gülarə Əliyeva (metodika, pedaqogika), Fatimə Rafaeli (xor dirijor). Demək olar ki, bütün alətlər üzrə hazırlaqlarımız var.
Biz tələbə,müəllimlər olaraq komanda şəklində tez-tez bəstəkarların əsərlərindən, obrazlarından ibarət səhnəçik, maraqlı oyunlar, hazırlayırıq və buda gənclərimizi daha da həvəsləndirir, həm də incəsənətin müxtəlif sahələri ilə yaxından tanış edir. Dahi insanların həyatına bir başqa gözlə nəzər salmaqlarına kömək edir. Bununlada yanaşı bütün sosial platformalarımızda paylaşırıq. Belə səhnəçilər bəstəkarların həyatını-yaradıcılığını öyrədir. Gələcək planlarımız çoxdur.
Müjgan Məmmədlini tanıyaq:
Məmmədli Müjgan Eldar qızı1999-cı il mayın 26-da Biləsuvar şəhərində ziyalı bir ailədə dünyaya gəlmişdir. İlk orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbdə almış, ilk musiqi təhsilini isə Biləsuvar şəhər Orxan Əkbərov adına 1 saylı Uşaq İncəsənət məktəbində fortepiano şöbəsində Nadejda Ağayevanın sinifində almışdır. 2014-ci ildə o, Azərbaycan Milli Konservatoryanın nəzdində A.Zeynallı adına Bakı orta ixtisas kollecinin instrumental ifaçılıq fakültəsinə (fortepiano ixtisası) qəbul olur, burada İradə Rəfizadənin sinifində fortepianonun incəliklərinin sirlərinə yiyələnir. 2019-cu ildə buranı bitirir Şərqdə ilk ali musiqi təhsil ocağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqişünaslıq fakültəsinə daxil olur. Öz üzərində daima işləyən gənc istedadlı tələbə M.Məmmədli Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına BMA-nın professoru Elnarə Dadaşovadan (polifoniya fənni üzrə), Professor, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənovadan, Professor, sənətşünaslıq üzrə elmlər doktoru Gülzar Mahmudovadan (harmoniya), BMA-nınprofessoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirovadan, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə İmanovadan (Azərbaycan musiqi tarixi), “Bəstəkarlıq” kafedrasının baş müəllimi, dosent Gülnarə Məmmədovadan (orkestrləşdirmə), dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabovadan (muğamşunaslıq), Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasında baş müəllim Pərviz Quliyevdən (musiqi təhlili), BMA-nın “Musiqi nəzəriyyəsi” şöbəsinin dosenti, Azərbaycan Bəstəkar İttifaqının üzvü Aliyə Məmmədovadan (bəstəkarlıq), BMA-nın “Musiqi tarixi” kafedrasının baş müəllimi Minaxanım Babayevadan (lektorluq), dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadədən (musiqi tarixi), Professor, sənətşünaslıq üzrə elmlər doktoru Kəmalə Ələsgərlidən (xarici musiqi tarixi) və s. müəlimlərdən, professorlardan təhsil almışdır. Cəmilə Həsənova Müjgan xanımın elmi rəhbəri olmuşdur. Bakı Musiqi Akademiyasının bakalavr pilləsini fərqlənmə diplomla bitirən Müjgan Məmmədli 2023-2025-ci illərdə Bakı Musiqi Akademiyasında “Muisiqişünaslıq” fakültəsində magistratura təhsili alır. Burada onun elmi rəhbəri Azərbaycan musiqişünası, bəsətəkar-musiqişünas, filosov, fəlsəfə elmlər doktoru, professor, BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmlər doktoru, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadə olmuşdur. Bu təhsil ocağında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dosent, professor, bəstəkar Ceyhun Allahverdiyevdən (bəstəkarlıq), dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadədən (musiqili teatr sənəti), professor, sənətşünaslıq üzrə elmlər doktoru Kəmalə Ələsgərlidən (musiqi tənqidi), professor, fəlsəfə elmləri doktoru Mina Hacıyevadan (musiqi psixologiyası) və s. fənnlərində dərs alır. Magistratura təhsilini uğurla başa vurur fərqlənmə diplomu ilə bitirir. 


Müjgan Məmmədli bir neçə “Musiqişünaslığın aktual problemləri”, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Müasir musiqi sənətinin problemləri”, “Musiqişünaslığın aktual problemləri”, “Tenqriçiliyin ünsürləri və onun musiqidəki əksi” adlı elmi məqalələrin müəllifidir.

Müjgan xanımın dayısı Pərviz Cəbrayıl şair, yazıçı, publisist, tanınmış jurnalistdir. Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq gənc, istedadlı müəllimə Müjgan Məmmədliyə qarşıdan gələn illərində bol-bol yaradıcılıq uğurları arzu edirik. 
03.02.2026-cı il tarixində “MUSİQİLİ AN” kollektivinin rəhbəri Müjgan Məmmədli ilə olan müsahibəni sayıtımız vasitəsi ilə sizə təqdim edirik:
FOTOXRONİKA: 











