01.02.2026-cı il tarixində Bakı şəhərində fəaliyyət göstərən "RM ART" Studionun qonağı oldum.
Bu məkanda sanki rənglər danışır, ruh isə dinləyir. Yaradıcılıqla nəfəs alan bu sənət ocağında bir-birindən maraqlı söhbətlərin ünvanı olan həmsöhbətim "RM ART" Studionun direktoru, zövqlü sənətkar Rəsmiyyə xanım oldu.
- Yeganə xanım, mən bu peşəyə sevərək gəlmişəm. Rəssamlıq incəsənətin ən qədim və ən fundamental sahələrindən biridir. O, səth üzərində rəng və xətlərin dili ilə obrazlar yaradan, duyğuları və düşüncələri görünən edən ali bir sənətdir.
Rəhbəri olduğum "RM ART" Studio artıq 4 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində ali və orta ixtisas məktəblərinin rəssamlıq ixtisasları üzrə qabiliyyət imtahanlarına abituriyentlər hazırlayırıq. Studiyamızın kifayət qədər böyük uğurları var və nəticələrimiz demək olar ki, yüz faizə yaxındır. Bu gün burada mənimlə çiyin-çiyinə vaxtilə dərs dediyim tələbələrim də çalışır. Özümə gəldikdə isə, daim öz üzərimdə çalışan bir rəssamam. Rəsm əsəri yaratmaq mənə böyük zövq verir. Xüsusilə dekorativ-tətbiqi sənət nümunələri üzərində işləməyi sevirəm. Mənzərə rəsmləri isə mənim üçün ayrı bir dünyadır- onları çəkmək ruhuma zövq və ilham bəxş edir.
Rəsmiyyə Mahmudova 20 ildən çoxdur ki, rəssamlıq və pedoqoji fəaliyyətlə məşgüldür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedoqoji Kollecinin müəllimidir, “Azərbaycan Respublikası qabaqcil təhsil işçisi” döş nişanı ilə təltif olunub. 

Sayıtımız vasitəsi ilə RM ART Studiodan şəkilən fotoları sizə təqdim edir -FOTOXRONİKA 
















Yeganə Telmanqızı
XeberTıme.az