SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində Juja Perelinin „Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılıb-FOTOLAR

Tarix:15-02-2026, 14:11

Azərbaycan Milli Xalça Muzeyində Juja Perelinin  „Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılıb. 
 
Fevralın 11-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin „Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. 
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, Macarıstan hökumətinin komissarı Peter Hoppal çıxış ediblər. Natiqlər Juja Perelinin zəngin yaradıcılıq yolunu, onun müasir qobelen sənətinə verdiyi töhfələri xüsusi vurğulayıblar. Sərginin Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.
Sonra tanınmış qobelen ustası Juja Perelinin qonaqlara ünvanlanan videomüraciəti nümayiş olunub. Həmçinin tarzən İbrahim Babayevin ifası dinlənilib.
Sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunur. 
Müəllifin ipək, yun və pambıq materialların sintezindən ərsəyə gətirdiyi qobelenlərdə insan və təbiət münasibətləri, kainat, zaman, yaddaş, əbədiyyət və s. mövzular mifoloji obrazlar və abstrakt motivlərlə üzvi şəkildə birləşdirilərək təqdim edilir. Onun dərin fəlsəfi məzmunu, mükəmməl kompozisiyası, zəngin kolorit həlli ilə seçilən əsərlərində həm klassik Avropa qobelen ənənələri qorunur, həm də yeni materiallar, texnikalar və fərqli yaradıcı yanaşmalarla bu sənətin sərhədləri genişləndirilir. Juja Perelinin qobelenləri maddi və qeyri-maddi aləm arasında vasitəçi rolunu oynayaraq, sözlə çətin ifadə olunan duyğuları və mənəvi reallıqları simvollar vasitəsilə tamaşaçıya çatdırır. Bu xüsusiyyətlər müasir qobelen sənətində özünəməxsus yeri olan rəssamın əsərlərinə individuallıq və ölməzlik qazandırır.  
2001-ci ildə Juja Pereli qobelen sənətinin mərkəzi sayılan Fransanın Obüsson şəhərində fərdi sərgi keçirən ilk xarici sənətkar olub. Onun əsərləri müxtəlif ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.
Azərbaycan Milli Xalça Muzeyi, Macarıstan Mədəniyyət və İnnovasiya Nazirliyi və Kovaç Qabor İncəsənət Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mədəniyyətlərarası əməkdaşlığın inkişafına, tekstil sənətinin çağdaş tendensiyalarının tanıdılmasına mühüm töhfədir.
Sərgi 28 fevral 2026-cı il tarixinədək davam edəcək.
 
В Азербайджанском национальном музее ковра открылась персональная выставка Жужи Перели «Взгляд за грань достоверного».
 
11 февраля в Азербайджанском национальном музее ковра состоялась церемония открытия персональной выставки известной венгерской художницы по гобеленам Жужи Перели «Взгляд за грань достоверного».
Директор Азербайджанского национального музея ковра Амина Меликова, Чрезвычайный и полномочный посол Венгрии в Азербайджанской Республике Тамаш Йожеф Торма и комиссар венгерского правительства Петер Хоппал выступили на мероприятии. Они подчеркнули вклад Ж. Перели в современное искусство гобелена и многогранность ее творчества. Также было отмечено, что выставка служит укреплению культурных связей между Азербайджаном и Венгрией.
Затем, было продемонстрировано видеообращение художницы к гостям, а тарист Ибрагим Бабаев исполнил музыкальную композицию.
На выставке представлено 29 произведений, отражающих мировоззрение, творческий потенциал и высокий уровень профессионального мастерства художницы, считающейся одной из ведущих представительниц текстильного искусства.
В гобеленах, созданных с использованием синтеза шелка, шерсти и хлопка, автор органично соединяет такие темы, как взаимоотношения человека и природы, вселенная, время, память, вечность и другие, с мифологическими образами и абстрактными мотивами. Ее работы, отличающиеся глубоким философским содержанием, безупречной композицией и богатой цветовой палитрой, сохраняют классические традиции европейского гобелена и одновременно расширяют границы этого вида искусства за счет применения новых материалов, техник и инновационных творческих подходов. Гобелены Ж. Перели выступают посредником между материальным и нематериальным мирами и передают зрителю эмоции и духовные реальности, которые трудно выразить словами посредством символов. Эти качества придают произведениям художницы, занимающей особое место в современном искусстве гобелена, индивидуальность и бессмертие.
В 2001 году Ж. Перели стала первой иностранной художницей, представившей персональную выставку в Обюссоне (Франция), считающемся центром искусства гобелена. Ее произведения хранятся в музеях и частных коллекциях в различных странах мира.
Выставка организована Азербайджанским национальным музеем ковра, Министерством культуры и инноваций Венгрии и Художественным фондом Габора Ковача и вносит значительный вклад в развитие межкультурного сотрудничества и продвижение современных тенденций в текстильном искусстве.
Выставка продлится до 28 февраля 2026 года.
 
 

Looking out of the Credible solo exhibition by Zsuzsa Péreli is now open at the Azerbaijan National Carpet Museum.
 
On February 11, the Azerbaijan National Carpet Museum has held the opening ceremony of Looking out of the Credible solo exhibition by the renowned Hungarian tapestry artist Zsuzsa Péreli.
Amina Melikova, Director of the Azerbaijan National Carpet Museum; Tamas Jozsef Torma, Ambassador Extraordinary and Plenipotentiary of Hungary to the Republic of Azerbaijan; and Peter Hoppal, Hungarian Government Commissioner delivered speeches at the event. They stressed Pereli’s versatile creativity and her contribution to the contemporary tapestry art. The speakers also underlined that the exhibition will strengthen the cultural ties between Azerbaijan and Hungary.
Then, guests watched Pereli’s video message and listened to a musical composition by tar player Ibrahim Babayev.
The exhibition features 29 works that reflect Zsuzsa Péreli’s worldview, creative potential, and high level of professional mastery, as she is considered one of the leading representatives of textile art.
In the tapestries created through the synthesis of silk, wool, and cotton, the artist organically combines themes such as the relationship between humans and nature, the universe, time, memory, eternity, and others with mythological imagery and abstract motifs. Her works, distinguished by profound philosophical content, impeccable composition, and rich color solutions, preserve classical European tapestry traditions while simultaneously expanding the boundaries of this art form through the use of new materials, techniques, and innovative creative approaches. Acting as a mediator between the material and immaterial worlds, Zsuzsa Péreli’s tapestries convey emotions and spiritual realities that are difficult to express in words, using symbolic language. These qualities lend individuality and timelessness to the works of the artist, who occupies a unique place in contemporary tapestry art.
In 2001, Zsuzsa Péreli became the first foreign artist to hold a solo exhibition in Aubusson, France, regarded as the center of tapestry art. Her works are housed in museums and private collections in various countries.
Organized by the Azerbaijan National Carpet Museum, the Hungarian Ministry of Culture and Innovation, and the Kovács Gábor Art Foundation, the exhibition makes a significant contribution to the development of intercultural cooperation and to the promotion of contemporary trends in textile art.
The exhibition will run until February 28, 2026.



 
Xebertime.az 
Müxbir: Aygün Oqtay 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ