SON DƏQİQƏ

Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş sərgi təşkil olunub- FOTO\VİDEO

Tarix:15-02-2026, 14:39

14 Fevral tarixində Beynəlxalq Qalereyada Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş beynəlxalq onlayn platformada sərgi təşkil olundu. Sərgidə yerli və xarici rəssamlar iştirak edirdilər. Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin baş rəssam Fərrux Qasımov və müəllimi   Elanura Mənsimova, "Sən bir Dünyasan" ART Mərkəzinin rəhbəri Nərgiz Verdiyeva, vitraj və keramika ustaları   Aygün Kamilqızı, Kifayət Nəzərova, Məhəmmədi kənd orta məktəbinin müəllimi rəssam Naidə Rizvani və digərləri   iştirak edirdilər.Sərgini giriş sözü ilə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova açaraq qonaqları salamladı və kitabların insan həyatından rolundan və günün əhəmiyyətindən bəhs etdi.  Və sözü sərgidə fəxri qonaq olaraq iştirak edən əməkdar jurnalist, bayraqdar.info saytının redaktoru Nadir Azəri   verdi. Nadir müəllim çıxışında sərgi iştirakçılarını təbrik edib uğurlar arzuladı.
Sonda diplomlar təqdim olunub,  xatirə fotoları çəkildi. 




Beynəlxalq Qalereyada təşkil olunan Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş sərginin video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik: 


 
 
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Ayaz

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ