SON DƏQİQƏ

Yeniyetmə Rəssamların Sərgisi Oxu Tədris Mərkəzində-FOTOLAR

Tarix:15-02-2026, 14:56

Fevralın 13-də Oxu İnklüziv Tədris Mərkəzində yeniyetmə rəssamların müxtəlif mövzularda çəkdikləri əsərlərdən ibarət rəsm sərgisi təşkil olundu. Tədbirdə media nümayəndələri, fəxri qonaqlar  iştirak edirdi.  
Sərgini giriş sözü ilə Oxu Tədris Mərkəzinin direktoru, psixoterapevt Rəşidə Allahverdiyeva və icraçı direktor Tale Məmmədov açaraq qonaqları salamladılar. Onlar mərkəzin fəaliyyəti, uşaqlara göstərilən qayğı və tədris prosesinin əhəmiyyətindən danışdılar.  

Tədbir iştirakçıları sərgilənən əsərlərlə tanış oldular. Rəsm müəllimi Həyat Şirvanova hər bir əsərin mövzusu və yaradılma prosesi barədə məlumat verdi.  

Sərgidə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova da iştirak edirdi. O, Oxu Tədris Mərkəzini özünə doğma məkan adlandıraraq, mərkəzin müxtəlif sərgi və müsabiqələrdə fəal iştirakını vurğuladı. Elnurə xanım xüsusilə Rəşidə Allahverdiyeva və Tale Məmmədovun uşaqlara göstərdikləri diqqət və qayğını yüksək qiymətləndirdi. O, xüsusi qayğıya ehtiyacı olan uşaqların burada yüksək səviyyədə yetişdirildiyini və gələcəkdə mərkəzin lisey, daha sonra isə kollec kimi fəaliyyət göstərməsini arzuladığını bildirdi.  

Sərginin sonunda şagirdlərə iştirak diplomları və hədiyyələr təqdim olundu. Tədbir xatirə fotoları ilə yekunlaşdı.




Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ