“Tariximizin İmzası” adlı verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək.
Əziz və dəyərli “XeberTıme.az” İnformasiya Portalının oxucuları və Bestfm.az radiosunun dinləyəciləri bu gündən etibarən Bestfm.az radiosunda vətənpərvər telejurnalist Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası” adlı yeni verliş sizin ixtiyarınıza verilir. Verlişin əsas məqsədi tarixdə imzası olan, haqq savaşında torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.
18.02.2026-cı il tarixində səslənən verlişin qonağı şəhid Namiq Quliyevin atası Natiq Quliyev oldu. 
Verlişdə Namiq Quliyevin uşaqlıq, yeniyetmə illərindən, keçdiyi şərəfli döyüş yolundan danışılıb, vətənpərlik mövzundan mahnılar səsləndirilib. Xatırladaq ki, Natiq Quliyev Azərbaycanın ən gənc şəhid atasıdır.
Şəhidimizi tanıyaq:
Quliyev Namiq Natiq oğlu 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində sadə, zəhəmətkeş bir ailədə dünyaya gəlmişdir. Təbiətəcən çox sakit olan Namiq olduqca səliqəli, sözə baxan, mehriban bir uşaq olub. 2008-ci ildə Sumqayıt şəhər 13 saylı tam orta məktəbin birinci sinifinə qəbul olur. Dostları, müəllimləri Namiqi çox istəyirdi. Dərs əlaçısı olan Namiq gələcəkdə kampüter üzrə mütəxəsis olmağı arzulayır. Orta məktəbədə son zəng günü şəhidlərin şəkli olan stentin qarşı tərəfində tək şəkildə çəkdirir. 2019-cı ildə tam orta təhəsilini başa vurur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ağca kəndində N saylı hərbi hissədə xidmətə başlayır, sonra Tərətər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirir. Xidmətdə plomyot (PK) atıcısı təlimləri keçərək bu sahadə püxtələşir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi başlanır. Cəsur döyüşcü Namiq Quliyev əvvəl gündən qəhərəmanlıqla səngərdə vuruşur. Onun Xocavənd, Laçın rayonlarının və Suqovuşan kəndinin azad olunmasında müstasna xidmətləri olur.
Oktyabrın 22-də Namiq Quliyev Suqovuşan uğrunda gedən ağır döyüşlərdə komandiri ilə birgə 9 əsgər və zabitimizlə şəhidlik zirvəsinə ucalır. 19 yaşlı əsgər şəhidimiz 25 oktyabr böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında minlərələ şəhər sakinin, icra nümayənədələri, Müdafiə Nazirliyinin əməkdaşları və ailə üzvüləri, doğmalarının müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı rəşadət göstərərək vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Quliyev Namiq Natiq oğlu "Cəsur döyüşcü", Vətən uğrunda " və "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sonda Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədov şəhid atası Natiq Quliyevə Bestfm.az radiosunun Fəxri Qonağı təltifini təqdim etdi.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.radio
Qaynar xətt: 060 237 00 00 (+994 60 237 00 00)
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir:






Yeganə Telmanqızı
XeberTıme.az