SON DƏQİQƏ

“Bağçada güllər” – Avropa milli geyimləri və ornamentləri sərgisi açılıb-FOTOLAR

Tarix:24-02-2026, 09:38

Azərbaycan Milli Xalça Muzeyində “Bağçada güllər” – Avropa milli geyimləri və ornamentləri sərgisi açılıb. 
Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Bağçada güllər” – Avropa milli geyimləri və ornamentləri sərgisinin açılış mərasimi keçirilib. Sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin, Azərbaycan Milli xalça Muzeyi, “Arts Council Azerbaijan” və Aİ-yə üzv dövlətlərin ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç, “Arts Council Azərbaycan” təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış ediblər. Natiqlər çıxışlarında sərginin mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyini, Avropa və Azərbaycanın zəngin sənət ənənələri arasında paralellər qurduğunu və ortaq estetik dəyərləri ön plana çıxardığını vurğulayıblar.
Bədii hissədə “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin rəqs qrupu “Flamenko” və Azərbaycan milli rəqslərini ifa ediblər. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. 
Ekspozisiyada Almaniya, Bolqarıstan, Çexiya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 milli geyim dəsti yer alır. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, fərqli tarixi dövrlərə aid adət-ənənələrini, özünəməxsus kimliyini və geyimlərin ornamental xüsusiyyətlərini əks etdirir.
Eyni zamanda, sərgidə muzeyin kolleksiyasında qorunan, xalqımızın tarixini və mədəni irsini təcəssüm etdirən Azərbaycan milli geyimləri, eləcə də “Bağçada güllər” və “Alpan” xalçaları nümayiş olunur. Ekspozisiya Avropa və Azərbaycan mədəni irsi arasında paralellər quraraq, ornament və naxışların ümumbəşəri estetik dəyərlərini ön plana çıxarır.
Sərginin əsas məqsədi Azərbaycan tamaşaçısını Avropa xalqlarının əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrini əks etdirən ənənəvi milli geyimləri tanıtmaq, eyni zamanda Avropa və Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri arasında bədii və mədəni oxşarlıqları göstərməkdir. Layihə mədəniyyətlərarası dialoqu təşviq etməyi, ortaq estetik dəyərləri vurğulamağı və milli irsin qorunması və təbliğinin əhəmiyyətini diqqətə çatdırmağı hədəfləyir.
“Bağçada güllər” sərgisi fevralın 21-dək davam edəcək.
 
В Азербайджанском национальном музее ковра открылась выставка национальной европейской одежды и орнаментов «Цветы в саду».
 
17 февраля в Азербайджанском национальном музее ковра состоялась церемония открытия выставки национальной европейской одежды и орнаментов «Цветы в саду». Выставка организована Представительством Европейского союза в Азербайджане, Азербайджанским национальным музеем ковра, «Arts Council Azerbaijan» и посольств стран-членов ЕС в Азербайджане в рамках шестого Фестиваля культурного наследия «FantazEU».
Директор Азербайджанского национального музея ковра Амина Меликова, руководитель представительства Европейского Союза в Азербайджане Марияна Куюнджич и глава «Arts Council Azerbaijan» Дадаш Мамедов выступили с речью на мероприятии. Они отметили, что выставка вносит большой вклад в развитие межкультурного диалога, проводит параллели между богатыми традициями европейского и азербайджанского искусства и подчеркивает общие эстетические ценности.
Художественная часть выставки была представлена танцем «Фламенко» и азербайджанскими национальными танцами в исполнении танцевальной группы «Санат» Детского центра музыки и искусства. Затем, гости ознакомились с выставкой.
В экспозицию вошли 16 комплектов национальной одежды, представленных посольствами Германии, Болгарии, Чехии, Латвии, Литвы, Польшы, Румынии и Словакии. Представленные образцы отражают богатое культурное разнообразие, обычаи и традиции различных исторических периодов, идентичность и орнаментальные особенности европейских стран.
Также, экспозиция включает образцы азербайджанской национальной одежды из коллекции музея, отражающей историю и культурное наследие нашего народа, ковры «Цветы в саду» и «Алпан». Экспозиция проводит параллели между культурным наследием Европы и Азербайджана и выносит на передний план мировую эстетическую значимость орнамента и узора.
Основной целью выставки является представление азербайджанской аудитории традиционных национальных костюмов европейских народов, отражающих ремесленные традиции, которые формировались на протяжении веков, а также демонстрация художественных и культурных сходств между образцами европейского и азербайджанского декоративно-прикладного искусства. Проект направлен на поощрение межкультурного диалога, подчеркивание общих эстетических ценностей и привлечение внимания к важности сохранения и популяризации национального наследия.
Выставка продлится до 21 февраля.
 
Flowers in the Garden Exhibition Dedicated to the European National Costumes & Ornaments Is Now Open at the Azerbaijan National Carpet Museum
 
On February 17, the Azerbaijan National Carpet Museum has held the opening ceremony of the Flowers in the Garden – European National Costumes & Ornaments exhibition. The exhibition is organized by the European Union Delegation to Azerbaijan, the Azerbaijan National Carpet Museum, the Arts Council Azerbaijan, and the Embassies of the EU Member States in Azerbaijan within the sixth edition of the “FantazEU” Cultural Heritage Festival.
Amina Melikova, the Director of the Azerbaijan National Carpet Museum; Marijana Kujundžić, the Ambassador of the European Union to the Republic of Azerbaijan; and Dadash Mammadov, Head of Arts Council Azerbaijan, delivered speecehes at the event. The speakers emphasized that the exhibition contributes to the development of intercultural dialogue, draws parallels between the rich artistic traditions of Europe and Azerbaijan, and highlights shared aesthetic values.
As part of the artistic program, the dance group of the “Sanat” Children’s Music and Arts Center performed Flamenco and Azerbaijani national dances. The guests then toured the exhibition.
The display features 16 sets of national costumes presented by the embassies of Germany, Bulgaria, the Czech Republic, Latvia, Lithuania, Poland, Romania, and Slovakia. These exhibits reflect the rich cultural diversity of European countries, their traditions from different historical periods, distinctive identities, and the ornamental characteristics of the garments.
At the same time, the exhibition also showcases Azerbaijani national costumes preserved in the museum’s collection that embody the history and cultural heritage of our people, as well as the Flowers in the Garden and Alpan carpets. By drawing parallels between European and Azerbaijani cultural heritage, the display highlights the universal aesthetic values of ornament and pattern.
The main aim of the exhibition is to introduce Azerbaijani audiences to traditional national costumes that reflect the centuries-old craftsmanship traditions of European nations, while also demonstrating the artistic and cultural similarities between European and Azerbaijani examples of decorative and applied arts. The project seeks to promote intercultural dialogue, emphasize shared aesthetic values, and raise awareness of the importance of preserving and promoting national heritage.
The exhibition is on until February 21.



 
XeberTıme.az
Müxbir: Aygün Oqtay 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ